Saxta içki hazırlayan şəxs: Bazar qiymətlərindən aşağı verirdim – VİDEO
Tarix: 22-01-2016 | Saat: 14:46
Bölmə:Parlament / Seçilənlər-3 / Aia TV / Karusel | çapa göndər
“Qonşularıma da başa salmışdım, necə hazırlamağı öyrətmişdim”.
Abşeronda saxta spirtli içki məhsulları satan şəxslər saxlanılıb.
Aia.az Region TV-yə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olan məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayon sakini Səlim Əbdürrəhimovun Abşeron rayonunun Ceyranbatan qəsəbəsindəki bağ massivində qurduğu gizli sexə baxış zamanı külli miqdarda saxta və keyfiyyətsiz spirtli içki, 5000 ədəd saxta aksiz markaları və spirtli içkilərin hazırlanması üçün istifadə olunan xüsusi avadanlıqlar aşkar olunaraq götürülüb.
Əbdürrəhimovun saxta spirtli içkiləri Laçın rayonundan olan Rəşad Təhməzov, onun qardaşı Ramil Təhməzov və Abşeron rayon sakini Məzahir Əbdürrəhmanovla birlikdə istehsal etdiyi müəyyən edilib.
"Kafelərdən, restoranlardan şüşə yığıb evə gətirirdim. Qonşularıma başa salmışdım, necə hazırlamağı öyrətmişdim. Onlar düzəldirdilər, mən də axşamlar çıxıb, kafelərə, dükanlara satırdım. Bazar qiymətlərindən aşağı verirdim. Aparıb rayonlarda da satmaq istəyirdim".
Saxta içkilər Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilib və onların keyfiyyətsiz, insan orqanizmi üçün ciddi təhlükə yaradan və istifadəyə yararsız olması müəyyənləşdirilib. Toplanan materiallara bağlı istintaq araşdırmaları davam etdirilir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024