Mobil versiya
“Ağ çiçəyim” gül mağazasına OD DÜŞDÜ - YENİLƏNİB
Tarix: 08-07-2019 | Saat: 10:00
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

“Ağ çiçəyim” gül mağazasına


Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli “Ağ çiçəyim” gül mağazasının mansardının yanar konstruksiyaları, şüşə pambıq üzlüyü və mansarda yığılan əşyalar 70 m² sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Bu səhər saat 7.00 radələrində Bakı şəhərinin Nizami rayonunda – metronun “Xalqlar dostluğu” stansiyasının çıxışında yerləşən “Ağ çiçəyim” gül mağazasına od düşüb.

Modern.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın yerinə bir neçə yanğınsöndürmə maşını çağırılıb.


Hadisə barədə məlumat yayan Fövqəladə Hallar Nazirliyi isə bəyan edib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Nizami rayonunda tikilidə yanğın olması barədə məlumat daxil olub. Dövlət Yanğın Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. İlkin məlumata əsasən gül mağazasının dam örtüyü yanır. Yanğının söndürülməsi işləri davam etdirilir. Əlavə məlumat veriləcək.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024