Mobil versiya
“Yanğından xəsarət alan olmayıb” – UNEC-dən AÇIQLAMA
Tarix: 03-07-2019 | Saat: 13:02
Bölmə:Təhsil | çapa göndər

“Yanğından xəsarət alan olmayıb” –


“Universitetin tədris mərkəzindəki yanğın zamanı heç bir tələbəyə zərər dəyməyib”.



Bunu Modern.az-a açıqlamasında UNEC-in mətbuat xidmətinin rəhbəri Elnarə Məmmədova bildirib.



Qeyd edək ki, bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yanğın olub.



Yanğın səhər saatlarında ali məktəbin əsas tədris binasındakı tədris mərkəzi otağında baş verib.



Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.



Elnarə Məmmədova açıqlamasında yanğın təhlükəsinin sovuşduğunu, narahatlığa heç bir səbəb olmadığını bildirib:



“Bu gün səhər saatlarında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əsas tədris binasında yanğın olub.

Yanğın tədris binasının birinci mərtəbəsində 36 kv metr sahəni əhatə edib. İlkin araşdırmaya görə, yanğın qısaqapanma nəticəsində baş verib. Yanğın tez bir zamanda söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğı qısa qapanma nəticəsində baş verib. Hadisə universitetin Tədris Şöbəsində yaşanıb. Yanğın təhlükəsi aradan qaldırılıb. Heç bir tələbəyə zərər dəyməyib. Narahat olmağa əsas yoxdu”.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024