Mobil versiya
Narkoloji Mərkəzdəki yanğında təqsirləndirilən şəxslərin şikayətinə baxıldı
Tarix: 2-07-2019, 18:02 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Narkoloji Mərkəzdəki yanğında təqsirləndirilən şəxslərin şikayətinə baxıldı


Bakı Apelyasiya Məhkəməsində Respublika Narkoloji Mərkəzində baş verən yanğın hadisəsinə görə təqsirli bilinən şəxslərin apelyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Elmar Rəhimovun icraatında olan şikayətə baxış iclası iyulun 15-ə təyin edilib.

Qeyd edək ki, ötən il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində 25 nəfərin ölümü ilə nəticələnən yanğın baş verib.

Hadisə ilə bağlı cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov 4 il, mərkəzin işçisi Mahir Abdullayev 3 il 6 ay, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov isə ömürlük azadlıqdan məhrum edilib. M.Məmmədovun həkimi, mərkəzin şöbə müdiri Afət Məmmədovaya isə 5 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası verilib.




aia.az



5117 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-08-2019
22-08-2019
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031