Mobil versiya
Əhliman Əmiraslanov: “Cəlal Əliyevin xidmətləri yalnız institutun adı ilə bağlı deyil”
Tarix: 02-07-2019 | Saat: 12:50
Bölmə:Gündəm | çapa göndər

Əhliman Əmiraslanov:


Görkəmli alim və ictimai-siyasi xadim, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradıcısı akademik Cəlal Əliyevin ad gününə və institutun yaradılmasının 3-cü ildönümünə həsr olunan tədbir keçirilib.



Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov açaraq tədbir iştirakçılarını salamlayıb və qeyd edib ki, əsası hamımızın müəllimi, böyük alim Cəlal Əliyev tərəfindən qoyulan institutun bu gün 3 yaşı tamam olur. İnstitut C.Əliyevin rəhbərlik etdiyi zəngin maddi-texniki bazası və kadr potensialı olan şöbənin əsasında yaradılıb. Nəzərə çatdırılıb ki, bu şöbə uzun illər çox səmərəli fəaliyyət göstərib, dünya elminə əhəmiyyətli nəticələr verib. C.Əliyevin xidmətləri yalnız institutun adı ilə bağlı deyil. Bütövlükdə Azərbaycanda, hətta ölkəmizin hüdudlarından kənarda belə fotosintez sahəsində əldə edilən nailiyyətlərdə akademikin böyük rolu olub. Cəlal müəllimin tələbələri böyük elmi mərkəzlərə rəhbərlik edir, elmə öz töhfələrini verirlər. Akademik Ə.Əmiraslanov böyük alimin elmi irsinin davam etdirilməsində institutun direktoru, akademik İradə Hüseynovanın uğurlu fəaliyyətini qeyd edərək bildirib ki, o alim xoşbəxtdir ki, onun yaratdığı elmi məktəb var. Əhliman Əmiraslanov institutun kollektivini bu bayram münasibətilə bölmənin adından təbrik edib.




AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova qeyd edib ki, 30 iyun akademik Cəlal Əliyevin anadan olan günü və həmçinin institutun yaranma tarixidir. İ.Hüseynova institutun yaranma tarixi haqqında qısa məlumat verib. Qeyd olunub ki, Cəlal Əliyev keçən əsrin 70-ci illərində Botanika İnstitutunda kiçik bir yaradıcı qrup yaradıb və bu qrup böyük bir şöbəyə qədər uğurlu yol keçib. 2014-cü ildə AMEA-nın Umumi Yığıncağında AMEA Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin bazasında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması haqqında qərar qəbul edilib və 2016-cı il iyulun 1-dən institut müstəqil fəaliyyətə başlayıb. Hazırda burada ümumilikdə 14, o cümlədən 5 beynəlxalq laboratoriya, 3 şöbə, doktorantura, dissertantura və magistratura fəaliyyət göstərir. Artıq 3-cü ildir ki, institutda magistrantların buraxılışı keçirilir.



Tədbirin sonunda C.Əliyevə həsr olunmuş “Əbədi çıraq” filmi nümayiş etdirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024