Mobil versiya
Bakıda uşaq ana bətnində əməliyyat olunub - FOTO
Tarix: 01-07-2019 | Saat: 17:17
Bölmə:Karusel / Qərbi Azərbaycan | çapa göndər

Bakıda uşaq ana bətnində əməliyyat olunub




Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında hamilə qadının bətnindəki uşaq (döl) üzərində mürəkkəb əməliyyat icra olunub.

aia.az -ın məlumatına görə, digər klinikalarda xəstəyə hamiləliyi sonlandırmağı məsləhət görsələr də, qadın buna razı olmayıb. Yalnız ATU Tədris Cərrahiyyə Klinikasında bətndəki dölü əməliyyat etməyə razılıq verilib.

Klinikanın ginekologiya şöbəsinin müdiri Turan Canbaxışovun sözlərinə görə, pasiyent klinikaya hamiləliyin 31 həftəliyində müraciət edib.

"Daha öncəki müayinələr zamanı xanımın bətnindəki uşağın döş qəfəsinə mayenin yığıldığı aşkarlanıbmış. Döş qəfəsinə maye yığıldığı üçün ürək sıxılırdı. Bu, ürəyin fəaliyyətinə mane olduğu üçün dölün bütün bədənində ödəm inkişaf edirdi. Bİr neçə tibb müəssisələrində hamiləliyin sonlandırılmasını tələb etsələr da, ailə belə bir qərarla razılaşa bilmirdi”.



ATU Tədris Cərrahiyyə Klinikasında döldən genetik analiz götürülüb və nəticədə uşağın sağlam olduğu dəqiqləşdirilib. Bundan sonra əməliyyat planlaşdırılıb. Həkim deyir ki, adətən döş qəfəsinə mayenin yığılmasının səbəbi ağciyərlərin üstünü örtən selikli qişanın gec inkişafı ilə əlaqələndirilir. Əgər zamanında yardım göstərilməzsə, döl ürək çatışmazlığından tələf olur. Odur ki, dölün əməliyyat olunmasına qərar verilib.

Şöə müdiri bildirib ki, əməliyyat hamiləliyin 32-ci həftəliyində aparılıb.

"Ümumi anesteziya altında ana bətninə daxil olunub və dölün döş qəfəsinə stend taxılıb. Bu stend ağ ciyərin ətrafındakı mayenin uşaqlıq boşluğuna axmasını təmin edib. Beləliklə, ürəyin fəaliyyəti bərpa olunub. Hamiləliyin 36-cı həftəsində dünyaya gələn körpə bir neçə gün yenidoğulmuşların reanimasiyasında müalicə aldıqdan sonra tam sağlam valideynlərinin qucağında xəstəxananı tərk edib".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024