Mobil versiya
Avtomobil ehtiyat hissələri bazarında icarə haqqı azaldırıldı
Tarix: 21-01-2016 | Saat: 16:41
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər


Sahibkarlar müştəri qıtlığından əziyyət çəkirlər.

Bu gün Bakının Babək prospektində yerləşən avtomobil ehtiyat hissələri satılan bazarda dükan sahibi olan bir qrup sahibkar icarə haqqının azaldılmasını tələb edib.
Aia.az xəbər verir ki, APA-nın məlumatına görə, sahibkarlar manatın məzənnəsinin dəyişməsi ilə bağlı müştəri qıtlığından əziyyət çəkdiklərini, gəlirlərinin azaldığını əsas gətirərək, icarə haqqının azaldılmasını istəyiblər.

Sahibkarlar bildiriblər ki, bazar rəhbərliyi onların tələbinə uyğun olaraq, icarə haqqını 10 faiz azaldıb.

Xatırladaq ki, sahibkarlar iki gün öncə də eyni tələblə çıxış ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə