Mobil versiya
Rusiyadan Azərbaycana telefonlar və dərman preparatları keçirmək istədi, saxlanıldı
Tarix: 27-06-2019, 13:09 | Saat: 15:47:00
Bölmə:Hadisə | çapa göndər

Rusiyadan Azərbaycana telefonlar və dərman preparatları keçirmək istədi, saxlanıldı


Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında "Xanoba" gömrük postunda Rusiya Federasiyası istiqamətindən Azərbaycan Respublikasına gələn "Mercedes Vito 115 CDI" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən aia.az-a verilən məlumata görə, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin salonundakı müxtəlif gizli saxlanc yerlərindən qutuları və aksessuarları ilə birlikdə olan 4 ədəd "İphone 8 Space Gray", 1 ədəd "İphone 8 Plus Space Gray" və 15 ədəd "İphone 8 Plus Gold" markalı mobil telefonlar, 5600 həb "Oxandrolone 50 ml", 6500 həb "Turanabol 50 ml", 60 flakon "Boldenone 300 mg/ml", 50 flakon "Trenbolone 100 mg/ml", 49 flakon "Sustanon 300 mg/ml", 39 flakon "Nandrolone 325 mg/ml", 49 flakon "Testosterone 100 mg/ml", 50 flakon "Masterone 100 mg/ml" və 50 flakon "Testosterone 300 mg/ml" adlı dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


aia.az



589 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-09-2019
19-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30