Mobil versiya
Eri gölünün vahiməli siması - Foto
Tarix: 21-01-2016 | Saat: 00:46
Bölmə:Maraqlı / Manşet2 / Karusel | çapa göndər


Eri gölü Şimali Amerikanın 5 gölündən biridir. O, insanlara gözəl üzündən daha çox, vəhşi təbiətini göstərir.

Axar.az xəbər verir ki, Eri gölünün özünəməxsus xüsusiyyətləri var. Soyuq hava kütlələri gölün üzərindən keçərək qar effekti yaradır. Bu, ancaq göl donarkən baş verir. Böyük göllər arasında ən kiçiyi olması onun digərlərinə nisbətən daha tez donmasına səbəb olur.

Eri gölünün şiddətli fırtınaların təsirindən qalan suları dekabrın ortalarından martın sonuna qədər buz bağlayır. 25 metr hündürlüyündə nəhəng dalğalar yaradan göldə bəzən qəribə, vahiməli üzlər yaranır.

1960-1970-ci illərdə göldə fosforitlərin miqdarının artdığı müşahidə edilib. Buna göldəki yosunların məhvi səbəb olub və göl tədricən ölü gölə çevrilib. Bu hal 1970-ci ilədək davam edib. ABŞ və Kanada arasında imzalanmış müqaviləyə əsasən fosforitlərin axını azaldılıb.

Qeyd edək ki, Eri gölü Şimali Amerikanın ən böyük sənaye mərkəzlərindən birinin başlıca nəqliyyat yoludur.




Məlumatlanmaq üçün Facebook səhifəmizi

5717 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}