Mobil versiya
Bu ölkədə xarici dillər qadağan edilir
Tarix: 21-01-2016 | Saat: 00:14
Bölmə:Şou-biznes / Aia TV / Karusel | çapa göndər

Bu ölkədə xarici dillər qadağan edilir

Bolqarıstanda Vətənpərvər Cəbhə Koalisiyası ictimai yayım müəssisələrində xarici dillərin qadağan edilməsi təşəbbüsü ilə çıxış edib.

Aia.az xəbər verir ki, koalisiya Bolqarıstan Milli Televiziyası və Radiosunda başqa dillərin yayımının qadağan edilməsi ilə bağlı parlamentə qanun layihəsini təqdim edib.

Layihədə Dövlət Radio və Televiziya haqqında qanunda dəyişikliklər edilməsi ilə bağlı müddəalar yer alıb. Qeyd edilir ki, ana dili bolqar dili olmayan vətəndaşlar üçün proqram hazırlanması qanundan çıxarılsın.

Parlamentin nümayəndələrindən biri Valeri Simeonov isə bolqar dilini ölkədə yaşayan başqa millətin nümayəndələrinin də öyrənməli olduqlarını və bu qaydanın konstitusiyada da qeyd edildiyini bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024