Mobil versiya
İmamoğlu seçkini yenidən qazansa, Ərdoğana rəqib olacaq - Türkiyəli eks-nazirdən maraqlı AÇIQLAMA
Tarix: 20-06-2019 | Saat: 14:56
Bölmə:Manşet / Dünya | çapa göndər

İmamoğlu seçkini yenidən qazansa, Ərdoğana rəqib olacaq -


Türkiyədə martın 31-də bələdiyyə seçkiləri keçirildi. Ümumi nəticələrə görə hakim Ədalət və İnkişaf Partiyası öndə olsa da, Ankara, İstanbul, İzmir, Antalya, Adana və başqa böyük şəhərlərdə Cümhuriyyət Xalq Partiyası (CHP) qələbə qazandı. Türkiyənin ən önəmli şəhərərindən olan İstanbulda CHP-nin namizədi Əkrəm İmamoğlu qələbə qazansa da, AKP-nin iddiası əsas gütürülərək, oradakı nəticələr ləğv olundu.

İstanbulda təkrar bələdiyə seçkiləri 23 iyunda keçiriləcək.

Bəzi iddilara görə, Əkrəm İmamoğlu İstanbul seçkilərini yenidən qazanarsa, Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğana rəqib olacaq. Yəni növcbəti prezident seçkilərində CHP-nin əsas namizədi ola bilər.



Məsələ ilə bağlı Modern.az-a danışan Türkiyənin keçmiş mədəniyyət və turizm naziri Ertoğrul Günay bildirib ki, Ali Seçki Qurumunun (YSK) qərarı ilə yenidənn keçiriləcək İstanbul seçkilərində iqtidar bloku səs itirəcək:

“Ankaranın, Adananın, Mersinin, Antalyanın əvvəllər iqtidar blokunun, yəni Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyətçi Hərəkat Partiyasının (MHP) əlində olan yerlərin indi müxalifətə keçməsi iqtidar blokunun səs itirdiyini və müxalifətin az da olsa, yeni yerlər qazandığını gördük”.



Eks-nazir deyib ki, İstanbul seçkilərinin ləğv olunması Türkiyədə haqlı bir səbəbə görə olmadı:

“Anadolu Agentliyi və Ali Seçki Qurumu nəticələri açıqlamağı dayandırdı. Orada bir manipulasiya etmək cəhdləri ortaya çıxdı. İmamoğlu 15 min səslə İstanbulda önə keçdi. Uzun siyasi mübahisələrdən və bəzi siyasi təzyiqlərdən sonra YSK seçkinin ləğvinə qərar verdi. İmamoğlunun İstanbul qələbəsində özəl bir təsiri var. Əkrəm İmamoğlu klassik Cümhuriyyət Xalq Partiyası (CHP) siyasətindən fərqli bir siyasət yeritdi. Heç kimi kənarlaşdırmadı, hər hansı bir mübahisə etmədi, xalqın daha yaxşı yaşaması üçün çağırışlar etdi. Heç kimi etnik mənsubiyyətinə görə ayırmadı. İmamoğlu qucaqlayıcı bir siyasət yeritdi. Buna görə də uğur qazana bildi. Amma təbii ki, bu uğuru sadəcə İmamoğlunun siyasətinə bağlamaq doğru olmaz. İstanbulda və Ankarada 25 ildir eyni xəttin davamı sayılacaq bir bələdiyyə var. Bundan başqa, 17 illik mərkəzi iqtidar da var. Xalq da eyni simaları görməkdən bezdi, yenilik istədi. Son 5 ildə hökumətin təzyiq siyasəti xalqı bezdirdi və buna etiraz edildi. Buna görə də İstanbulda sədələr müxalifətin namizədinə verildi”.



Siyasətçi bildirib ki, 23 iyunda təkrarlanacaq seçkilərdə Əkrəm İmamoğlunun daha çox səs toplayacağını proqnozlaşdırır:

“Amma iqtidar da seçkiyə getməyənləri səs verməyə gətirməyə çalışacaq. Onların nə qədər səs qazanacağını bilmirəm, amma İmamoğlunun səsi azalmayacaq”.



Ertuğrul Günay bildirib ki, insanlar gəldikləri yeri həzm etməyi bacarmalıdır:

“İmamoğlu İstanbulda bir rayonun bələdiyyə sədri ikən onu CHP sədri Kamal Kılıçdaroğlu tapdı və partiyasının qərar verən orqanlarını da bir az zorlayaraq, namizəd etdi. İmamoğlu namizədlik müddətində ona verilən bu vəzifəni yaxşı daşıdı. Amma bu uğurda həm özünün, həm də baş verən hadisələrin payı var. İmamoğlu İstanbulda yenidən qələbə qazansa, yolu prezidentliyə namizədliyə qədər gedə bilər. Amma bu o demək deyil ki, CHP sıralarından ayrılıb, özünə yeni partiya quracaq. İmamoğlunun yeni bir partiya quracağı ilə bağlı danışmaq doğru olmaz. Belə bir addım atarsa, bir az özünü şişirtmiş olar. Bu da onun zərərinə işləyər”.



Ertoğrul Günay deyib ki, iqtidar İstanbul seçkilərini uduzdu:

“31 martda keçirilən seçkilərdə məğlub oldu, 23 iyunda qələbə qazansa belə, yenə uduzmuş sayılacaq. Çünki 23 iyuna gələrkən Yüksək Seçki Qurumunun zorlanaraq belə bir qərar verməsi, bu müddət ərzində inandırıcı olmayan bəzi məsələləri irəli sürmələri iqtidar blokunu ciddi şəkildə geri saldı. Deyək ki, bir hadisə oldu və iqtidar bloku qazandı, yenə əslində iqtidar bloku uduzmuş olacaq. Çünki, onların qələbəsi təzyiqlə olacaq. Buna görə də “iqtidar hər seçkini qazanır” tilsimi sındı. Bu çox önəmli bir nöqtədir, çünki Ədalər və İnkişaf Partiyası 2003-cü ildən bəri seçkiləri problemsiz qazanırdı. Amma İstanbul seçkisini yenidən qazanarsa da, bu, iqtidarın aşağı doğru getdiyinə işarədir”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024