Mobil versiya
Neft Fondu “AÇG” və “Şahdəniz” layihələrindən əldə etdiyi gəliri açıqladı
Tarix: 19-01-2016 | Saat: 15:43
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər


SOFAZ məlumat yaydı.

Azərbaycan Dövlət Neft Fonduna (SOFAZ) 2015-ci il ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə mənfəət nefti və “Şahdəniz” qaz-kondensat yatağı üzrə mənfəət qazının satışından ümumilikdə 7,223 milyard ABŞ dolları daxil olub.
“Bu məbləğin 6,9 milyard dollar AÇG-dən mənfəət neftinin, 323 milyon dollar “Şahdəniz” yatağından qazın satışından əldə olunub.

2001-ci ildən bu il yanvarın 1-dək AÇG-dən 117 mlrd. dollar, 2007-ci ildən isə "Şahdəniz" yatağından 2,4 milyard dollar vəsait əldə olunub.

Vəsaitlərin idarə edilməsindən 2001-ci ildən ötən il dekabrın 31-dək 3,6 milyard dollar gəlir əldə edilib”, - deyə SOFAZ-dan qeyd edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə