Mobil versiya
Xarici tələbələr ADU-nun qonağı olublar
Tarix: 10-06-2019 | Saat: 16:17
Bölmə:Təhsil | çapa göndər

Xarici tələbələr ADU-nun qonağı olublar


Azərbaycan Dillər Universitetində CLS Azərbaycan dili proqramı çərçivəsində təhsil alacaq xarici tələbələrlə görüş keçirilib. Görüş ADU-nun Amerika Mərkəzinin təşkilatçılığı ilə baş tutub.



Görüşdə universitetin rektoru, akademik Kamal Abdulla proqram iştirakçılarını salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan dilinin və mədəniyyətinin zənginliyindən danışan rektor tələbələrlə səmimi söhbət edib. Tələbələrin dil bilikləri haqqında məlumat alan rektor onlara dünya ədəbiyyatından, müasir dövrdə xarici dil bilgisinin vacibliyindən, Azərbaycanın dünya ölkələri arasındakı yerindən və rolundan danışıb:



“Azərbaycan son dərəcə sürətlə inkişaf edən gənc, müstəqil bir dövlətdir. Bu inkişaf hər sahədə özünü göstərir. Həm mədəniyyət, həm iqtisadiyyat, həm də sosial sahədə inkişaf davam edir. Bütün bunlar Azərbaycanın böyük potensialından və bu potensialdan Azərbaycan rəhbərliyinin düzgün istifadə etməsində özünü göstərir. Siz bunun şahidi olacaqsınız. Azərbaycanın müxtəlif bölgələrində yaşayan xalqların birlikdə mehriban şəkildə və qardaşlıq şəraitində yaşadığının şahidi olacaqsınız.”



Tələbələr CLS Azərbaycan dili proqramı çərçivəsində 8 həftəlik dərslərdə iştirak edəcək. Onlar həm Azərbaycan dilini öyrənəcək, həm də Azərbaycan mədəniyyəti, adət-ənənələri tanış olacaqlar. Eyni zamanda Azərbaycanın müxtəlif bölgələrini səyahət edəcək, Azərbaycanı daha yaxından tanıyacaqlar.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024