Mobil versiya
Deputat Mahir Abbaszadə Fond rəhbərliyindən uzaqlaşdırıla bilər - Qardaşının maxinasiyasına görə
Tarix: 10-06-2019 | Saat: 11:45
Bölmə:Manşet / Seçilənlər-3 | çapa göndər

Deputat Mahir Abbaszadə Fond rəhbərliyindən uzaqlaşdırıla bilər - Qardaşının maxinasiyasına görə


Deputat, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə hökumətin qəzəbinə tuş gəlib və yaxın zamanlarda Fondun rəhbərliyindən kənarlaşdırıla bilər.

Bu barədə AzFakt.com-un əldə etdiyi məlumatda deyilir.

Məlumata görə Mahir Abbaszadənin qəzəbə tuş gəlməsinə səbəb onun qardaşı Zahir Abbasovun adının mənimsəmədə və rüşvət almada təqsirləndirilməsidir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və rüşvət almada təqsirləndirilən "Nikoil” bankın filialın müdiri Ruslan Talıbov, filialın digər vəzifəli şəxsləri Vüsal Qasımov, Nazim İsmayılov və Elşən Xıdırov, Vüsal Quliyev, Elçin Məmmədov, Rauf Əliyev, Məmməd Qurbanov, Orxan Əlişov, Zahir Abbasov, Zaur Ramazanov və Fərid Məlikovun cinayət işinin anket məlumatları artıq dəqiqləşdirilib.

Bu prosedə adı çəkilən Zahir Abbasov "NİKOİL" bankın Sumqayıt filialının müdir müavinidir.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində filialın müdiri Ruslan Talıbovun filialın digər vəzifəli şəxsləri Vüsal Qasımov, Nazim İsmayılov və Elşən Xıdırov ilə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək heç bir biznes fəaliyyətlərinin olmadığını, veriləcək krediti biznes fəaliyyətinə sərf etməyəcəklərini və bununla əlaqədar kredit ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsində problemlərin yaranacağını bildikləri halda, banka müraciət etmiş ayrı-ayrı şəxslərə 868 min manat məbləğində qanunsuz pul kreditinin verilməsinə görə onlardan 122 min manat pulu və digər əmlakı rüşvət kimi təkrarən istəyərək almalarına, həmçinin vəzifə saxtakarlığı edərək bankın işçilərinə məzmununda yalan məlumatlar olan biznes kreditinin rəsmiləşdirilməsinə nail olaraq bankın onlara etibar edilmiş 192 min manat məbləğində vəsaitini mənimsəmələrinə şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlayıb.

İstintaqın gedişində qeyd olunan vəzifəli şəxslərin dələduzluq edərək vətəndaşların kredit ilə aldıqları 451 min məbləğində olan əmlaklarını və nağd pul vəsaitlərini kreditin ödənişinə yönləndirəcəkləri adı ilə aldadaraq ələ keçirdiklərinə dair şübhələr müəyyən olunub.

Deputatın da qardaşının iştirak etdiyi bu maxinasiyada ümumi zərərçəkənlərin sayı 45 nəfərdir.

Yayılan məlumatlara hələ ki, Zahir Abbasov, nə də deputat Mahir Abbaszadə heç bir münasibət bildirməyib.
AIA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024