Mobil versiya
Azərbaycana gələn Rusiya vətəndaşında pnevmatik silah aşkar edilib
Tarix: 03-06-2019 | Saat: 16:59
Bölmə:Cəmiyyət | çapa göndər

Azərbaycana gələn Rusiya vətəndaşında pnevmatik silah aşkar edilib


Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Rusiya Federasiyasından gələn, bu ölkə vətəndaşının idarə etdiyi "Toyota Camry" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsindən aia.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəticədə nəqliyyat vasitəsinin ön sağ sərnişin oturacağının qarşısında əşyaların saxlanması üçün zavod kostruksiyasında nəzərdə tutulan saxlanc qutusundan 1 ədəd üzərində MP-654K yazılan T15043570 seriya nömrəli 4.5 mm kalibrli pnevmatik silah aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024