Məktəbli formaları bir neçə çeşiddə olacaq - Nazir açıqladı
Tarix: 31-05-2019 | Saat: 13:07
Bölmə:Manşet / Təhsil | çapa göndər
“Azərbaycanda məktəbli formaları bir neçə çeşiddə olacaq”.
Modern.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yaxın vaxtlarda Nazirlər Kabineti nümunəvi məktəbli formalarını təsdiq edəcək: “Bir sıra məktəbli formaları olacaq. Bu proses yaxın bir neçə ay ərzində həyata keçəcək. Həmin məktəbli formalarının çeşidləri təsdiqləndikdən sonra məktəblər onların əsasında seçim həyata keçirəcək”.
Təhsil naziri xatırladıb ki, hər bir məktəbin daxilində vahid məktəbli formasının olması qanunvericilikdə də nəzərdə tutulub: “Yəni, vahid məktəbli formasının tətbiqi ilə bağlı böyük dəyişikliklər edilməyib. Sadəcə olaraq, indiki norma onu ehtiva edir ki, hər bir məktəb öz formasını özü təsdiq etmir. Bir daha deyirəm ki, məktəbli formaları ilə bağlı müxtəlif nümunələr hökumət səviyyəsində təsdiq olunacaq və məktəblər də onlardan birini seçəcəklər”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-11-2024
14-11-2024