Mobil versiya
Azərbaycanda insan alveri edən 58 cinayətkar qrup zərərsizləşdirilib
Tarix: 31-05-2019 | Saat: 13:06
Bölmə:Manşet / Cəmiyyət | çapa göndər

Azərbaycanda insan alveri edən 58 cinayətkar qrup zərərsizləşdirilib


Mayın 31-də BMqT-nin Azərbaycan nümayəndəliyi Aİ-nin maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə birgə Bakıda insan alveri ilə mübarizə sahəsində diplomatik missiyaların rolu mövzusunda seminar keçirib.

Modern.az xəbər verir ki, seminarın açılış mərasimində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Cankauskas, Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə üzrə Baş İdarəsinin rəisi Heydər Heydərov, XİN-nin Konsulluq Şöbəsinin rəisi Faiq Bağırov, BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev çıxış ediblər.


Heydər Heydərov çıxışında insan alveri ilə mübarizədə Azərbaycan hökumətinin, Daxili İşlər Nazirliyinin həyata keçirdiyi tədbirlərə toxunaraq, insan alveri ilə mübarizə üzrə son statistik məlumatları təqdim rdibi. Deyib ki, ötən 5 ildə qeydə alınmış 755 insan alveri və məcburi əmək cinayəti üzrə 169 şəхs məhkəmə məsuliyyətinə cəlb olunub:

"Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə beynəlxalq cinayətkar şəbəkənin Azərbaycanda fəaliyyət göstərməsinin qarşısı alınmış, 2 mütəşəkkil dəstə, 58 cinayətkar qrup zərərsizləşdirilmişdir. Müəyyən edilmiş 356 qurbandan 312-si təhlükəsiz sığınacağa yerləşdirilmiş və hər birinə birdəfəlik müavinət, 280 qurbana isə Kömək Fondundan yardımlar verilmişdir".

Seminarda müzakirə olunan mövzular arasında İnsan alverinə dair məlumatların mübadiləsi üzrə müvafiq dövlət orqanları arasında koordinasiyada çətinliklər və ən yaxşı təcrübələr; insan alveri haqqında diplomatik nümayəndəliklərdə məlumatlılığın artırılması; səfirliklər tərəfindən təyinat ölkəsində insan alveri qurbanlarına ilk köməklik göstərilməsi və insan alveri sahəsində mövcud konsulluqların yardımı və dəstəyi yer alıb.

Seminarda həmçinin, məlumat mübadiləsi və ciddi ehtiyac içində olan miqrantlarına köməkliyin göstərilməsi, diplomatik missiyaların öz təcrübələri, dövlətlər arasında komanda işinin vacibliyi, insan alveri ilə bağlı cinayyətlərin qarşısnın alınması, qurbanların qorunması, cinayətkarların təqibi və bu sahədə tərəfdaşlığın təmin olunması üçün görülmüş effektiv tədbirlər müzakirə olunub.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024