Mobil versiya
Bu dəfə Bakı Şəhər Təhsil İdarəsi jurnalistləri tənqid etdi
Tarix: 31-05-2019 | Saat: 12:57
Bölmə:Təhsil | çapa göndər

Bu dəfə Bakı Şəhər Təhsil İdarəsi jurnalistləri tənqid etdi


"Jurnalistlərin verdiyi informasiyanın mənbəyi etibarlı və dəqiq olmalıdır. Bəzən çox da oxunmayan xəbər saytı verdiyi informasiyaya görə ciddi mediaya təsir edir. Dəqiqləşdirilməyən yayılan məlumatlar cəmiyyətdə çaşqınlıq yaradır".



Modern.az xəbər verir ki, bu fikirləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov Təhsil Nazirliyinin təçkilatçılığı ilə keçirilən təlimdə çıxışı zamanı bildirib.

O deyib ki, mətbuatda bəzən şagirdlərin yaşı ilə bağlı çaşdırıcı məlumatlar verilir:



“Məsələn 2003-cü il təvəllüdlü yeniyetmə ilə bağlı onun 11-ci sinif şagirdi olduğu və hansısa bir hadisə olduğunu yazırlar. Araşdırıb baxdıqda həmin sagirdin adının sistemdə olmadığı və yaxud da 9-cu sinifdən çıxdığı məlum olur.



Bütün bunlar cəmiyyətdə çaşqınlıqlar yaradıq. Bundan başqa bəzən media eyni məsələyə fərqli yanaşmalarla çıxış edir. Mən düşünürəm ki, biz neqativ məlumatlarla yox pozitiv məlumatlarla oxucunu təəcübləndirə bilərik".




aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə