Mobil versiya
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması... - Prezident sərəncam verdi
Tarix: 30-05-2019 | Saat: 15:35
Bölmə:Gündəm | çapa göndər

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması...


Prezident İlham Əliyev cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.


Modern.az-ın məlumatına görə, sərəncamla Vergilər Nazirliyi Maliyyə Monitorinqi Xidmətinin həmin Nazirliyin tərkibində fəaliyyət göstərməsinin təmin edilməsi məqsədilə müvafiq normativ hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.


Sərəncamda nəzərdə tutulmuş normativ hüquqi aktların layihələri hazırlanarkən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində beynəlxalq standartlara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərə riayət olunması təmin edilməli, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının müvafiq qurumlarının üzv olduğu beynəlxalq təşkilatlar bu sahədə idarəetmənin təkmilləşdirilməsi məqsədilə görülən tədbirlər barədə məlumatlandırılmalıdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024