Lənkəranın icra başçısı: Hamı əlbir olmalıdır – FOTO
Tarix: 18-01-2016 | Saat: 14:03
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər
“Anti-böhran proqramı tezliklə müsbət nəticəsini göstərəcək”.
Lənkəran şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov rayonun Şilavar və Digah kəndlərinin sakinləri ilə görüşüb.
Aia.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, görüşlərdə ŞİH başçısı aparatının rəhbər işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin aparıcı şəxsləri iştirak ediblər.
T. Qaraşov bildirib ki, ölkə vətəndaşlarının sosial müdafiəsinin daha da gücləndirilməsi üçün çoxsaylı layihə, proqram icra olunur, sərəncamlar verilir. Bütün bu nailiyyətlər iqtisadi artım hesabına əldə edilir.
“Hazırlanmış anti-böhran proqramı tezliklə müsbət nəticəsini göstərəcək. Süni qiymət artımının qarşısı qətiyyətlə alınır, bu sahədə nəzarət gücləndirilir.
İstehlakçıların hüquqlarının qorunması hər bir sakin yaxından iştirak etməli, ictimai nəzarət komissiyasına köməklik göstərməli, aşkara çıxarılan nöqsanlar barədə qaynar xəttə operativ məlumatlar verilməlidir.
Devalvasiyanı maksimum səviyyədə itkisiz keçirmək məqsədilə dövlətin anti-böhran tədbirlərində cəmiyyət birlikdə çalışmalı, hamı əlbir olmalıdır” – deyən ŞİH başçısı cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024