Mobil versiya
ATİAHİ Yevlax şəhər komitəsi öz funksiyalarını yüksək effektivliklə həyata keçirir
Tarix: 29-05-2019 | Saat: 14:31
Bölmə:Manşet / Təhsil | çapa göndər

ATİAHİ Yevlax şəhər komitəsi öz funksiyalarını yüksək effektivliklə həyata keçirir



Rayonun təhsil işçiləri hər hansı mübahisəli vəziyyət yarandığı zaman öz hüquqlarının istənilən halda təmin ediləcəyinə dair tam əminliyə malikdirlər

Redaksiyamıza daxil olan məlumatlarda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Yevlax şəhər komitəsinin səmərəli fəaliyyətinə dair rayon ictimaiyyəti tərəfindən açıqlamalar təqdim olunur. Həmin açıqlamalarda bildirilir ki, Komitənin sədri Svetlana İsayevanın rəhbərliyi altında qurumun bütün əməkdaşları üzərlərinə düşən vəzifələrin icrasını yüksək səviyyədə həyata keçirirlər. Qeyd edək ki, bu gün ATİAHİ Yevlax şəhər komitəsinin xidmətində 57 orta ümumtəhsil (əsas, ibtidai, səkkizilliklə birlikdə) məktəbi, 25 uşaq bağçası, 1uşaq yaradıcılıq mərkəzi, 1 texniki yaradıcılıq mərkəzi, 1 uşaq gənclər idman məktəbi, 1 şahmat məktəbi, 1 peşə məktəbi və 1 təhsil şöbəsi olmaqla cəmi 88 müəssisə və təşkilat vardır. Bu idarə və müəssisələrdə işləyənlərin ümumi sayı 4125 nəfərdir ki, onların da hamısı (tələbələrlə birlikdə) həmkarlar ittifaqına üzvdürlər.

Bu gün bütün dünyada özünü ən nüfuzlu ictimai birlik olaraq təsdiqləmiş qurumlardan biri də həmkarlar ittifaqlarıdır. Müxtəlif ölkələrdə bu qurumlar bir qədər fərqli strukturları və ya fərqli iş üsulları ilə bir-birilərindən seçilsələr də, ümumilikdə bütün dünyada həmkarlar ittifaqlarının fəaliyyət prinsiplərinin əsasında təhsil, səhiyyə, idman, incəsənət, elm və ümumiyyətlə iqtisadiyyatın hər hansısa bir sahəsində çalışmaqla həmkarlar birliyini formalaşdıran insanların toplum halında və ya fərdi şəkildə hüquqlarının, mənafeylərinin müdafiəsi durur. O cümlədən ölkəmizdə də demək olar ki, mövcud olan bütün peşə kateqoriyalarını əhatə edən həmkarlar təşkilatları mövcuddur. Öz növbəsində bu təşkilatlar da fəaliyyətlərini nizamlamaq və ortaq maraqlarını daha effektiv şəkildə müdafiə edə bilmək məqsədilə assosiativ qaydada birləşərək Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını (AHİK) yaratmışlar. Konfederasiyanın fəaliyyətinin məqsəd və məramlarını əks etdirən əsas konsepsiyalar aşağıdakılardır: “Həmkarlar ittifaqları istehsal və qeyri-istehsal sahələrində çalışan işçilərin, pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial və iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə edən, dövlət orqanlarından, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmadan fəaliyyət göstərən müstəqil, ictimai və qeyri-siyasi təşkilatdır. Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını da müdafiə edir, dövlət məşğulluq siyasətinin hazırlanmasında iştirak edirlər...” Məhz bu baxımdan da aldığımız məlumatlarda ATİAHİ Yevlax şəhər komitəsinin yuxarıda qeyd olunan məsələləri daim diqqət mərkəzində saxlamasından, təhsil işçilərinin öz əmək fəaliyyətləri prosesində qarşılaşdıqları ən müxtəlif problemləri operativ şəkildə həll etməsindən bəhs olunur. Qeyd etdiyimiz kimi, hazırda Svetlana İsayevanın rəhbərlik etdiyi bu qurumun xidmət göstərdiyi idarə, müəssisə və təşkilatlarda çalışan əməkdaşlar arasında həmkarlar ittifaqına üzvlük 100% təşkil edir. Etiraf etmək lazımdır ki, bu qədər insanın,

4125 nəfərin problemləri ilə məşğul olmaq, vəziyyəti hər zaman nəzarətdə saxlamaq, vətəndaşların əmək hüquqlarının pozula biləcəyi kimi halları aradan qaldırmaq, insanların asudə vaxtlarının, istirahətlərinin səmərəli təşkili baxımından tədbirlər həyata keçirmək, müalicə və reabilitasiya kurslarına ehtiyacı olanları müəyyənləşdirib onlara bu xüsusda yardım etmək və bir çox bu kimi funksiyaları mütəmadi olaraq həyata keçirmək heç də asan iş deyil. Əlbəttə, bütün digər sahələrdə oluğu kimi, həmkarlar ittifaqı sistemində də hər şeyi kadrlar həll edir. Başqa sözlə desək, istənilən bir müəssisə və ya təşkilatın fəaliyyəti ilk növbədə həmin qurumun əməkdaşlarının, işçilərinin öz vəzifə borclarının icrasına nə dərəcədə məsuliyyətlə yanaşmaları ilə tənzimlənir. Yevlaxın təhsil işçilərinin böyük əksəriyyətinin ümumi rəyinə görə isə, məhz işin təşkili baxımından ATİAHİ Yevlax şəhər komitəsinin fəaliyyəti kifayət qədər yüksək qiymətləndirilir. Buna görə də, yuxarıda sadaladığımız məsələlərin həlli Svetlana xanımın rəhbərlik etdiyi kollektivin əməkdaşları üçün heç bir çətinlik törətmir.

Biz də gələcək işlərində ATİAHİ Yevlax şəhər komitəsinin sədri Svetlana İsayevaya və onun rəhbərliyi altında komitənin bütün kollektivinə yeni-yeni uğurlar diləyirik.

aia.az

Abbas Abbasov
Elbrus Bağırov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024