Hicran Hüseynova qızqaçırmadan danışdı: “Mübarizə aparmalıyıq...”
Tarix: 23-05-2019 | Saat: 10:37
Bölmə:Manşet / Ölkə | çapa göndər
“Qadınlara qarşı zorakılığın iqtisadi dəyəri ÜDM-də 2 faiz yaxındır, başqa sözlə 1,5 trilyon dollar deməkdir. Bu isə Kanadanın iqtisadiyyatına bərabərdir”.
Modern.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
H.Hüseynova qeyd edib ki, bir çox ölkələrdə zorakılığın xərcləri ölkənin təhsil xərcləri ilə eynidir və hətta onu geridə qoyur:
“Qadınlara qarşı zorakılıq böyük xərclər doğurur. Qadına qarşı zorakılığın olması yoxsulluğun qarşısının alınmasına mane olur, məşğulluğun, məhsuldarlığın aşağı düşməsi ilə nəticələnir. Qadına hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı cəmiyyət tərəfindın həmişə mənfi qarşılanır. Məişət zorakılığı, erkən nikah hallarının qarşısının alınması istiqamətində müvafiq dövlət orqanları,vətəndaş cəmiyyətləri, beynəlxalq qurumlarla birgə layihələr həyata keçirilir. Bu sahədə qanunvericilik daim təkmilləşir, sosial proqramlar həyata keçirilir”.
Komitə sədri qadınlara qarşı zorakılığın tam şəkildə aradan qaldırılmasının vacibliyini vurğulayıb:
“Qızqaçırma kimi milli adət-ənənə zorakılıq kimi qəbul etmirlər. Mübarizə aparmalıyıq ki, insanların buna münasibəti dəyişsin. Bunun üçün maarifləndirməyə və araşdırmaya böyük ehtiyacımız var. Bu gün qadınlara qarşı zorakılığın doğurduğu iqtisadi xərcləri tam əhatə olunmayıb".
H.Hüseynova qeyd edib ki, qadınlara qarşı zorakılıq şəxsi ailə məsələsi kimi qəbul edilə bilməz, onun fəsadları cəmiyyətdə hər kəsə təsir edir:
“Zorakılıqdan əziyyət çəkəndə onun təsirlərini aradan qaldırmaq üçün xərcləri də özləri qarşılayırlar. Qadınlara qarşı zorakılığın mühüm nəsillər arası fəsadları da var ki, bura uşaqların təhsil göstəricilərini aşağı olması, zorakılığa məruz qalma, boşanma səviyyəsinin artması, ailələrin dağılması, qeyri stabil yaşayış yeri və digər təsirləri daxildir. Azərbaycan iqtisadi baxımdan daim inkişaf edən ölkədir. İstərdik ki, kişilərlə say baxımından bu gün bərabər olan qadınlarımız hər zaman bu inkişafda fəal olsunlar, bərabərhüquqlu şəxsiyyət kimi inkişaf etsinlər”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2024
16-11-2024