İcra başçısı süni bahalaşma ilə şəxsən mübarizə aparır
Tarix: 16-01-2016 | Saat: 10:21
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər

Şəhər sakinləri ilə görüşən Gəncə icra başçısı Elmar Vəliyev onların problemlərini dinləyib.
Gəncədə süni qiymət artımına qarşı monitorinqlərə başlanılıb. Bu məqsədlə görülən tədbirlərdə şəhər sakinləri də iştirak edib.
Məlumata görə, belə bir zamanda şəhər sakinləri ilə görüşən Gəncə şəhər icra başçısı Elmar Vəliyev onların problemlərini dinləyib.
Bildirilir ki, qiymət artımının qarşısını almaq məqsədi ilə şəhərdə 15 qrup yaradılıb. 2 mindən artıq şəhər sakininin iştirak etdiyi toplantıda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, özünün rəhbərliyi ilə yaradılan hər bir qrup 10 nəfərdən ibarətdir. Qrupun rəhbərləri Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavinləri, üzvlər isə güc və icra strukturlarının əməkdaşlarıdır.
“Şəhərdə olan ticarət obyektlərində monitorinqlər aparılıb və qiymətlər nəzarətdə saxlanılır. Həmçinin ərzaq məhsullarının satış qiymətləri də məlumdur. Sahibkarların maraqları nəzərə alınmaqla qiymətlərə nəzarət olunacaq.” – deyə İcra hakmiyyəti başçısı bildirib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev toplantıda vətəndaşları dinləyib, onların problemləri ilə maraqlanıb və həlli istiqamətində tapşırıqlar verib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024