Nüfuzlu tele-şouda şok PKK qalmaqalı (VİDEO)
Tarix: 16-01-2016 | Saat: 10:06
Bölmə:Dünya / Aia TV / Karusel | çapa göndər
Proqramda PKK tərəfdarları şüarlarla terror qruplaşmasına dəstək nümayiş etdiriblər.
Türkiyənin “Kanal D” telekanalında növbəti dəfə PKK qalmaqalı yaşanıb. Aia.az-in məlumatına görə, Bəyazid Öztürkün aparıcılıq etdiyi “Beyaz Show” proqramında PKK tərəfdarları “Ayşe öyrətmən yalnız deyilsən” şüarı ilə terror qruplaşmasına dəstək nümayiş etdiriblər. Bir anda çaşan aparıcı özünü tez ələ alaraq fasilə elan edib.
Fasilə zamanı terror qruplaşmasının tərəfdarları studiyadan uzaqlaşdırılıb. Proqramın efirə verilməyən hissəsinin video-çarxı isə daha sonra sosial şəbəkələrdə yayılıb.
Baş verənlərə etirazını bildirən aparıcı Bəyazid Öztürk proqramı vaxtından əvvəl bitirib.
[media=https://youtu.be/1L5daiTCFd8]
PKK terrorçuları ötən həftə də “Beyaz Show” proqramının birbaşa yayımı vaxtı Bəyazid Öztürkü çıxılmaz vəziyyətdə qoymuşdular.
Belə ki, şərq vilayətlərində məktəb müəllimi olduğunu deyərək telefonla “Beyaz Show”un birbaşa efirinə qoşulan Ayşe Çelik Türkiyə Silahlı Qüvvələrinin (TSK) PKK terror təşkilatına qarşı keçirdiyi əməliyyatları tənqid etmişdi. Aparıcının özünü itirməsindən istifadə edən saxta müəllim efirdə terror qruplaşmasının təbliğatını aparmışdı.
Ölkədə kəskin tənqid hədəfi olan Bəyazid Öztürk Türkiyə xalqından üzr istəmişdi.
[media=https://youtu.be/t_BEpx-fxQQ]
Bəyazid Öztürk üzr istəyir
Türkiyədə kürdlərin kompakt yaşadığı cənub-şərq vilayətlərində PKK terrorçuları son aylar aktivliklərini çoxaldıblar. PKK və Xalqların Demokratiya Partiyası (HDP) teraktlar zamanı dünyasını dəyişən uşaqlara, qadınlara və s. yerli sakinlərə görə TSK-nın bölgədə keçirdiyi əməliyyatlara kölgə düşürməyə çalışır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024