Mobil versiya
Bakıda bəzi sahibkarlar avtobuslarda gedişhaqqını qaldırdılar (Tarif Şurasının təsdiqlədiyi CƏDVƏL)
Tarix: 15-01-2016 | Saat: 14:40
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər

Bakıda bəzi sahibkarlar avtobuslarda gedişhaqqını qaldırdılar (Tarif Şurasının təsdiqlədiyi CƏDVƏL)

Bakıda bəzi sərnişin avtobusunun sürücüləri gecə saatlarında gedişhaqqını qaldırması məlumatı yayılıb.

Bu barədə paytaxt sakinləri bildiriblər. Verilən məlumata görə, axşam saatlarında bəzi avtobus sürücüləri gedişhaqqını müəyyən edilmiş məbləğdən çox almağa çalışırlar. Bu da ən çox gedişhaqqı 20 qəpik müəyyən edilən avtobuslarda baş verir.

Bu addım qeyri-qanunidir və özbaşına gedişhaqqını bahalaşdıran sürücülər cəzalandırılacaq. Bu barədə Bakı Sərnişindaşımadan bildirdilər. Vurğulanıb ki, belə hallarla həmişə mübarizə aparılır.

Gedişhaqqıların rəsmi artırılmasına gəlincə, bu məsələ aktual deyil. Bu barədə Tarif Şurasından bildirdilər.

"Səhərdaxili sərnişindaşımada gedişhaqqı dəyişdirilməyib və bu məsələ müzakirə olunmur”, - deyə qurumdan məlumat verilib.

Qeyd edək ki, bu və buna oxşar özbaşınalıqlar məhz Nəqliyyat Nazirliyinin dövründən yaranıb. İndi də belə qanunsuzluqlar ara-sıra davam edir. Çox güman ki, bəzi sərnişindaşıma ilə məşğul olan sahibkarların Nəqliyyat Nazirliyilə razılaşmaları əsasında belə özbaşınalıqlara göz yumulurdu.

Hazırda Bakıda fəaliyyət göstərən avtobusların qiymət cədvəlini təqdim edirik





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə