Nazir müavini: "Azərbaycanda da saxta aksizlər mövcuddur"
Tarix: 08-05-2019 | Saat: 17:30
Bölmə:Manşet / İqtisadiyyat | çapa göndər
"Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da saxta aksizlər mövcuddur. Bütün bunlara qarşı mübarizə aparılır”.
Bunu Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
S.Ələkbərov Nazirlik tərəfindən qurulan aksiz - nəzarət postlarının vergi yığımlarına müsbət təsiri olduğunu qeyd edib:
"Vergilər Nazirliyi tərəfindən 30-dan artıq müəssisədə aksiz - nəzarət postları qurulub. Müəssisənin çıxışında qurulan postda vergi orqanı əməkdaşları müəssisə açılandan bağlanana kimi dayanıb müşahidə aparırlar. Bunun nəticəsində çox ciddi problemlər ortaya çıxdı. Əslində biz bu problemləri bilirdik, amma onları konkretləşdirib sübuta yetirmək lazım idi. Aksizlərin dəyişdirilməsi – araq aksiz markasının şəraba, şərab aksiz markasını isə arağa vurulması və burada vergidən yayınma məsələləri var idi. Məbləğlər də kifayət qədər yüksək, milyonlarla ölçülürdü. Bütün bunların qarşısı alındı. Spirtli içki istehsalı artdı. Əslində isə istehsal artmadı, sadəcə müəssisələr real dövriyyə göstərməyə başladılar. Təbii ki, bunlar vergidən yayınanlar arasında müəyyən suallar çıxarırdı. Amma indi sakit dönəmdir. Hamı başa düşdü ki, bu qanunun tələbidir, dövlətin qanunlarına hörmətlə yanaşmaq lazımdır”.
Nazir müavini Dünya Bankının tütün və tütün məmulatlarına tətbiq edilən aksiz vergi dərəcəsinin daha da artırılması ilə bağlı təklifini də şərh edib:
"Biz bazarda gedən proseslərin hamısını izləyirik. Tütün bir qədər bizdən az asılı olan məsələdir. Burada biz gömrüklə birgə işləməliyik".
Onun sözlərinə görə, mütəmadi olaraq gömrüklə birgə nəzarət tədbirlərini həyata keçiririk. "Gömrükdən şəxsi istifadə üçün keçirilən bəzi mallar sonradan bazarlarda satılır. Dünyanın hər yerində olduğu kimi bizdə də saxta aksizlər mövcuddur. Bütün bunlara qarşı mübarizə aparılır”,- deyə S. Ələkbərov bildirib.
2019-cu ilin 1-ci rübünün yekunlarına görə, aksizli malların istehsalına və dövriyyələrinə nəzarətin artırılması hesabına alkoqollu içkilərin istehsalında dövriyyə 1,7 dəfə, tütün məmulatlarının istehsalında isə dövriyyə 7,4 dəfə artıb.
Report
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-12-2024