Mobil versiya
Ölkədə yükdaşımanın qiyməti bahalaşdı (VİDEO)
Tarix: 15-01-2016 | Saat: 13:12
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər

Ölkədə yükdaşımanın qiyməti bahalaşdı (VİDEO)
Yükdaşımalar intensivləşsə, onda yük axını və əldə olunan mənfəət də artar.
Azərbaycanda nəqliyyat sektorunda yükdaşımaların qiymətləri 12,4% bahalaşıb.

ANS TV-nin məlumatına görə, hava nəqliyyatı üzrə yükdaşıma qiymətləri 17%, dəmir yolu və dəniz nəqliyyatı üzrə isə yükdaşıma qiymətləri müvafiq olaraq 15,6% və 18,1% bahalaşıb. Amma bu sahələrdən fərqli olaraq avtomobil nəqliyyatı üzrə yükdaşıma qiymətlərində 1,1% ucuzlaşma müşahidə olunub.

Ümumilikdə götürdükdə isə nəqliyyat sektorunda yükdaşıma qiymətləri əvvəlki ayla müqayisədə 12,4% bahalaşıb. Amma hökumət hesab edir ki, yükdaşımaların statistikası bu il üçün ciddi şəkildə dəyişəcək. Çünki bir ay öncə Xəzərlə daşınan yüklərə 20, nəqliyyatla daşınan yüklələrə isə 40 faizədək güzəştlərin tətbiqi, həmçinin Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının bu istiqamətdə stimullaşdırıcı tədbirlər kimi neft və neft məhsullarının tranzit daşınması tariflərinin yuxarı həddi açıqlaması sahibkarlar tərəfindən müraciətlərin sayını artırıb.

TRASSEKA-nın Azərbaycan üzrə milli katibi Akif Mustafayev isə bildirib ki, yükdaşımalar intensivləşsə, onda yük axını və əldə olunan mənfəət də artar.

İndi Azərbaycanda daxili və tranzit yükdaşımalarda əsas yüklər neft, neft məhsulları konteynerlər təşkil edir və həcmi illik təqribən 35 milyon tona çatırı.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə