Mobil versiya
3-cü dünya savaşı astanasında
Tarix: 15-01-2016 | Saat: 12:26
Bölmə:Şou-biznes / Aia TV / Karusel | çapa göndər

3-cü dünya savaşı astanasında
1-ci dünya savaşı başlamamışdan 10 il öncə Antanta və dördlər ittifaqı öz mövqelərini aralarındakı münasibətlə bəyan etdilər. Və sadəcə bu müharibənin başlanması üçün yaxşı bir bəhanə lazım idi və belə bir bəhanəni də tapdılar. Versal sülh müqaviləsi də 2-ci dünya savaşının başlanması üçün izini buraxdı. Bu müharibədən də öncə hegemonluq iddiasında olan ölkələr arasında cəbhələşmə yarandı. Almaniya və militarist Yaponiyanın aqressiv işğalçılıq siyasəti bu savaşın başlanmasına təkan verdi. Nəticədə 70 milyona yaxın əhalinin məhv olmasına səbəb olan 2-ci dünya müharibəsi tarixə düşdü. Son dövrdə dünyada baş verən siyasi iqtisadi proseslər 3-cü dünya müharibəsindən xəbər verir. BMT artıq öz missiyasını yerinə yetirə bilmir. ABŞ-Rusiya qarşıdurması daha gərgin vəziyyət alıb. Çinin isə dünya meydanında söz sahibi olmaq iddiası artıb. İraqa Əfqanıstana ABŞ müdaxiləsi daha sonra Ərəb baharı, Suriya müharibəsi, İşidin meydana çıxması , Rusiyanın Gürcüstana , Ukraynaya qarşı aqressiv hərəkəti daha sonra Əsədi müdafiyəyə adıyla Suriyanı bonbalayıb Türkiyə ilə baş-başa gəlməsi digər tərəfdən Səudiyyə Ərəbistanının İranla toqquşması , Yaxın Şərqdə adalar üstündə Çinlə Yaponiyanın arasında gərginliyin artması, digər tərəfdən Şimali Koreyanın nüvə sınaqları ilə düşmənlərinə meydan oxuması buna misaldır. Hazırki durumda NATO deyilən hərbi blokun tərəfində Səudiyyə Ərəbistanı və bir sıra ərəb ölkələri müttəfiq kimi gedir. Rusiya tərəfdə isə İran , Kollektiv təhlükəsizlik ölkələri və Çinin bir cəbhədə olduğunu müşahidə edirik. Artıq Suriyada 15-dən artıq dövlət vuruşur. Suriya adlı dövlət defakto dünya xəritəsindən silinməkdədir. Əsəd Suriyası var. Onu da Avropa , Qərb ölkələri tanımır. Belə olaylar davamlı olsa artıq dünyamızın yeni bir dəhşətin astanasındadır.

Bir şeyi xatırlatmaq lazımdır ki, uzaqmənzilli hədəfləri daha dəqiq vuran balistik raketlər mövcuddur. Birbaşa kosmos çəkilişiylə yerdə istənilən obyekti tapıb ,minlərlə kilometr məsafələrdən hərbi gəmilərdən atılan raketlərin hədəfə dəyməsi artıq yer kürəsinin qalıb qalmayacağını sual altına qoyur. Sözü çəpləşən ölkələr bir-birinə qarşı iqtisadi müharibə metoduna keçib. Neftin həddindən artıq ucuzlaşması neft ölkələrində vəziyyəti ağırlaşdırıb. Bütün bu proseslər dünyanın bir parçası olan Azərbaycan dan da yan keçməyib. Qarabağ kimi münaqişə ocağımız var. Son zamanlar leksikonumuza daxil olmuş üzən manat, devalvasiya iqtisadiyyatımızın çətin durumuna düşməsindən xəbər verir. Ölkədə baş verən gərginlik də bununla bağlıdır. Müharibə şəraitində yaşayan şəhid verən ölkə üçün belə bir dövrdə xarici siyasət aparmaq olduqca çətindir. Təbii, biz elə bir siyasət aparmalıyıq ki, Azərbaycan da Ukrayna və Suriya variantı təkrarlanmasın. Neft isə

getdikcə daha da su qiymətinə enir. Axırıncı dəfə belə vəziyyət 2001- ci ildə olmuşdu.

Şirxanlı Rövşən



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024