QMİ: Bu il Həccə yalnız 1400 azərbaycanlının ziyarəti nəzərdə tulub
Tarix: 29-04-2019 | Saat: 16:28
Bölmə:Ölkə | çapa göndər
Bu il Azərbaycandan Həcc ziyarətinə 1400 nəfərin getməsi nəzərdə tutulur.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev deyib.
Onun sözlərinə görə, hələlik Həcc ziyarətinə getmək üçün 500-dən çox insan müraciət edib:
"Müraciət müddəti yekunlaşana qədər 1400 nəfərin sənəd qəbulu aparılacaq. Çünki 1400 adam üçün hotel tutulub. Bundan artıq adam aparmaq mümkün olmayacaq".
Həcc missiyası üzvünün sözlərinə görə, ziyarətə getmək istəyən insanlar müraciətlərini adətən Ramazan ayında ünvanlayır:
"İndiyədək müracət edənlərin hər biri ilk dəfə Həcc ziyarətinə gedənlərdir. Təkrar getmək istəyən insanlar hələ ki, yoxdur. Hər il Həccə gedən insanların 30 fazi təkrar getmək istəyən insanlar olur. Yəqin ki bu il də 25-30 faiz təkrar getmək istəyənlər olacaq. Belə insanlar daha çox axırda müraciət edirlər”.
QMİ rəsmisi qeyd edib ki, Həccə səfər iyul ayının sonlarında başlayacaq.
"Müraciət müddəti iyul ayının əvvəlinə qədərdir. Həmin vaxta qədər sənəd qəbulu davam edəcək. Viza verilməsinin bir müddəti var. Səfər yalnız təyyarə ilə təşkil edilir. Aviabiletlərin xərci Həcc ziyarətinin qiymətlərinə daxildir".
H.Babayev qiymət bahalaşmasının qarşı tərəfdən asılı olduğunu vurğulayıb: "Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir. Ötən il bu rəqəm 4150 dollar idi. Bu Səudiyyə Ərəbistanında otellərdə baş verən qiymət artımı ilə bağlıdır. Qiymətə təyyarə biletləri, otel xərcləri, gündəlik yemək, nəqliyyat, Ərəfat və Minada qurulan çadırların pulları daxildir. Həccə gedən zəvvar yalnız qurbanı özü kəsir”.
QMİ-nin məsul işçisi Həccə getmək üçün müraciət etmək istəyən insanlara sənədləri vaxtında təqdim etməyi tövsiyə edib.(trend)
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2024
16-11-2024