Mobil versiya
Ceyhun Bayramov Çində oxuyan azərbaycanlılarla görüşdü
Tarix: 26-04-2019 | Saat: 12:44
Bölmə:Təhsil | çapa göndər

Ceyhun Bayramov Çində oxuyan azərbaycanlılarla görüşdü


Təhsil naziri Ceyhun Bayramov Çin Xalq Respublikasına səfəri çərçivəsində bu ölkənin Təhsil naziri Chen Boasheng ilə görüşüb.

Nazirlikdən aia.az-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Həmin gün Təhsil naziri Ceyhun Bayramov Pekin Pedaqoji Universitetinə səfər edərək universitetin rəhbərliyi ilə görüşüb. Görüşdə sözügedən universitetin ölkəmizin ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları müzakirə olunub.

Daha sonra Təhsil naziri Ceyhun Bayramov Pekin Pedaqoji Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb və onların təhsilləri ilə maraqlanıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024