Mobil versiya
“Bağışla”- Mirzə Babayevin xatirəsinə - VİDEO
Tarix: 14-01-2016 | Saat: 10:59
Bölmə:Dünya / Seçilənlər-3 / Aia TV / Karusel | çapa göndər

“Bağışla”- Mirzə Babayevin xatirəsinə - VİDEO

Düşürsən yadıma,
yağanda yağışlar,
Bağışla gözəl yar, bağışla…

Vaqif Səmədoğlu ruhundan süzülüb gələn, Emin Sabitoğlunun qanad, Mirzə Babayevin can verdiyi bu məşhur mahnını zümzümə edə-edə sənətkarı yad edirəm. Mirzə Babayevi deyirəm. Bu gün onun xatirə günüdür. Ölümü ilə bizi 13 illik zaman fasiləsi ayırır. Amma musiqiləri bu gün də yaşayır. Hər dəfə onun əsrarəngiz səsi və ifasını dinləyəndə sənətkarın ölmədiyinin bir daha şahidi oluruq.

Gəlin, xatirə günündə onun həyat və yaradıcılıq yoluna nəzər salaq.

Azərbaycan estrada musiqisinin banilərindən biri olan Mirzə Babayev 1913-cü il iyul ayının 16-da Bakı şəhərində dünyaya gəlib. M.Əzizbəyov adına Sənaye İnstitutunun memarlıq fakültəsində ali təhsil alıb. Mirzə Babayev Bakıda və Azərbaycanın digər şəhərlərində olan bir çox binaların və muzeylərin layihə müəllifidir. Mirzə Babayev müğənnilik fəaliyyətinə müharibədən qayıdandan sonra, görkəmli bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi caz orkestrində başlayıb. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışan sənətkar Azərbaycan SSR-in əməkdar artisti, Azərbaycan Respublikasının xalq artisti, iki dəfə "Humay" mükafatı laureatıdır.

2003-cü il il yanvarın 13-də 89 yaşında vəfat edib.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024