Mobil versiya
Tütündən istifadə edən sürücülər cərimələnəcək - YOL POLİSİNDƏN XƏBƏRDARLIQ
Tarix: 20-04-2019 | Saat: 11:57
Bölmə:Manşet / Ölkə | çapa göndər

Tütündən istifadə edən sürücülər cərimələnəcək -

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) tütündən istifadə edən sürücülərə xəbərdarlıq edib.

Baş idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev ONA-ya açıqlamasında bildirib ki, sürücülərin tütündən istifadə inzibati məsuliyyət yaradır: "Baş Dövlət Yol Polisi İdarəsi tütündən istifadənin zərəri, ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri, eləcə də nəqliyyat vasitəsində tütündən istifadənin yol hərəkəti təhlükəsizliyi baxımından yarada biləcəyi fəsadlar barədə əhalinin maarifləndirilməsi məqsədi ilə taksi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək bildirir ki, sürücünün nəqliyyat vasitəsinin salonunda tütün çəkməsi sərnişinlərin də iradələrindən asılı olmayaraq tütün tüstüsü qəbul etmələrinə və tibbi baxımdan passiv iştirakçı qismində daha çox zərər görmələrinə şərait yaradır. Eyni zamanda, təcrübə göstərir ki, tütündən istifadə əksər hallarda sürücünün diqqətinin yayınmasına gətirib çıxarır ki, bu da son nəticədə yol-hərəkəti qaydalarının pozulmasına, qəzaların, hətta avtomobildə yanğın hadisəsinin baş verməsinə səbəb ola bilər”.

"Baş Dövlət Yol Polisi İdarəsi tütündən istifadənin zərərli təsirləri barədə məlumat verməklə yanaşı taksi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xatırladır ki, qanunvericiliyin tələbinə əsasən, taksi minik avtomobilində tütün çəkilməsinə görə - qırx manatdan əlli manatadək məbləğində cərimə nəzərdə tutulur. Odur ki, tütündən istifadə etməklə ailə büdcənizə, ən başlıcası isə özünüzün və başqalarının səhhətinə zərər vurmayın!” – deyə R. Quliyev sözlərinə əlavə edib.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024