Mobil versiya
ADAU-da 4 xarici dildə ümumşəhər elmi-nəzəri konfransı keçirilib - FOTOLAR
Tarix: 19-04-2019 | Saat: 12:55
Bölmə:Təhsil | çapa göndər

ADAU-da 4 xarici dildə ümumşəhər elmi-nəzəri konfransı keçirilib




Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) inzibati binasının akt zalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan “İlham Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda bakalavriat və magistrantların xarici dillərdə (ingilis, alman, rus, fransız) ümumşəhər elmi-nəzəri konfransı keçirilib. Konfransda ADAU-nun tələbələri ilə yanaşı GDU və ATU-nun da bakalavr, magistr səviyyəsində tələbələri də iştirak edib.

Konfrans dövlət himninin səslənməsi ilə başlyıb. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov müasir Azərbaycanın qurucusu Ümumilli lider Heydər Əliyevin gəncliyin inkişafında olan xidmətlərindən, qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələ Azərbaycan Respublikasında sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin edilməsinin zəruriliyindən və bu istiqamətdə görüən işlərdən danışıb. Rektor qeyd edib ki, ölkəmizdə aparılan gənclər siyasəti, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15sentyabr tarixli Sərəncamı İlə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluğu, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirmək baxımından mühüm əhəmiyyət daşıyır.

“İlham Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda bakalavriat və magistrantların xarici dillərdə (ingilis, alman, fransız, rus) ümumşəhər elmi-nəzəri konfransının keçirilməsində məqsəd tələbələrin xarici dillərə marağını artırmaq, gənclərin yaradıcılıq potensialına, onların yeni ideyalarının aşkara çıxarılmasına meydan verməkdir. Təbii ki, bu gün Azərbaycan dünya birliyi ölkələri ilə ictimai həyatın bütün sahələrində səmərəli əməkdaşlıq edən bir ölkədir. Ona görə də gənclərin, xüsusilə gənc alimlərin xarici dilləri bilməsi çox vacibdir. Onlar nə qədər çox dil bilsələr, bir o qədər zəngin dünyagörüşünə malik olarlar. Bu müasir dünyanın tələbidir.

Konfransda AMEA-nın Gəncə bölməsinin sədri Fuad Əliyev iştirak və çıxış edib.

Konfransda iştirak üçün 77 nəfər tələbə müraciət edib və plenar iclasda 11 nəfər tələbənin məruzəsi dinlənilib.

aia.az

















Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024