Mobil versiya
Qazaxda Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü qeyd olunub
Tarix: 19-11-2026 | Saat: 15:28
Bölmə:Ölkə | çapa göndər

Qazaxda Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü  qeyd olunub

19 noyabr 2026-ci il tarixdə YAP Qazax rayon təşkilatının iclas zalında Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümünə  həsr olunmuş “Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir” mövzusunda tədbir keçirilib.  

aia.azxəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.                                      

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban vermiş müqəddəs şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev Azərbaycanın son dərəcə ağır və ciddi sınaqlarla üz-üzə qaldığı bir dövrdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının çox çətin bir şəraitdə yaranması tarixindən, 34 ildə keçdiyi zəngin və şərəfli yoldan, qazanılan uğurlardan, əldə olunan nailiyyətlərdən geniş bəhs edib. A.Nəbiyev Möhtərəm Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarının partiyanın VIII Qurultayında dərin məzmunlu, proqram xarakterli nitqindən irəli gələn vəzifələrdən də ətraflı danışıb. A.Nəbiyev ölkə başçısının rəhbərliyi altında bundan sonra da müstəqil, suveren Azərbaycanın yeni - yeni qələbələr, uğurlar qazanacağına, zaman-zaman öz hədəflərinə çatacağına böyük əminliyini ifadə edib. Sonda rayon təşkilatının sədri bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək bildirib ki, müasir Azərbaycan tarixinin böyük bir dövrü dahi şəxsiyyət, müdrik siyasətçi Ümummilli Lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli Liderin ölkəmizə rəhbərliyi dövründə Azərbaycan bütün sahələrdə yüksək inkişaf yolu keçərək, çoxsaylı nailiyyətlər, uğurlar qazanıb. Rayon İcra Hakimiyyətinin başçısı 21 noyabr 1992-ci il tarixinin məhz, bütün uğurların, qələbələrin, möhtəşəm Zəfərin təməlinin qoyulduğu gün olduğunu xüsusi vurğulayıb. Rayon rəhbəri Ulu Öndərin siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Möhtərəm Prezident İlham Əliyev cənablarının rəhbərliyi altında əldə olunan uğurlardan, qazanılan qələbələrdən də geniş bəhs edib və  tədbir iştirakçılarını təbrik edərək,  onlara gələcək siyasi fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə partiya fəallarından Gülnar Qəhrəmanova, Arzu Abbasova, Aytəkin Hüseynova, partiya veteranı Ramil Qurbanov ətraflı çıxış ediblər. Partiya veteranı şair Kazım Kazımlı Ulu Öndər Heydər Əliyevə və Yeni Azərbaycan Partiyasına həsr etdiyi şeirlərini səsləndirib. Qazax Dövlət Sosial İqtisadi Kollecinin tələbələri müxtəlif ədəbi - bədii kompozisiya ilə çıxış ediblər.
Tədbirin sonunda YAP Qazax rayon təşkilatının yaradılmasında, təşkilatlanmasında və inkişafında xüsusi xidmətlərinə görə bir qrup partiya veteranları və ərazi partiya təşkilatının sədrləri YAP Qazax rayon təşkilatının Fəxri Fərmanı ilə təltif olunub, onlara hədiyyələr verilib.
YAP sıralarına yeni qəbul olunmuş gənclərə partiya üzvlük vəsiqələri təqdim edilib.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2026