Mobil versiya
Mərdəkanda yerləşən 2 nömrəli internet məktəbində baş verənlər araşdırılır - Tənqidimiz nəticə verdi
Tarix: 15-04-2019 | Saat: 14:44
Bölmə:Manşet / Təhsil | çapa göndər

Mərdəkanda yerləşən 2 nömrəli internet məktəbində baş verənlər araşdırılır


Bu gün Azərbaycanın prezidenti İlahm Əliyerv, birinci viçe prezidenti Mehriban xanım Əliyevanın həyata keçirtdiklri uşaqlara qayğı kompaniyasından hamımızın xəbəri var. Ölkəınin ali rəhbərliyinin uşaqlara qayğısı içtimaiyyət tərəfindən daim alqışlarla qarşılanır. Lakin aşağıda oxuyacağınız qeydlərdə przedentin bu siyasətini kimlərin və necə sabotaş etdiyinin şahidi olacaqsınılz.

Teref.az olaraq sosial media istifadəçisi Leyla Ucal xanımın Mərdəkanda validen himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş 2 saylı internat məktəbində 2 həftə (10 dərs saatı) dərs dediyi zaman şahidi olduğu direktor və kollektivi tərəfindən anti pedaqoji və insanlığa sığmayan rəftarlar barədə təəsüratlarını təqdim edirik. Qeyd etmək istəyirik ki, oxuyacağınız qeydlərdə məktəblilərə qarşı amansızlıqlar və məktəbdə krrupsiya faktları sizləri təətcübləndirməsin. Bu gün nəzartsiz buraxılan internat məktəblərində belə hallara tez tez rast gəlmək olur. Ən acınacaqlısı isə Təhsil Nazirliyinin bütün bunlara bioganəliyidir...Leyla xanım ürək ağrısı ilə yazır:
2017 ildə 2 həftə (cəmi 10 dərs saatı ) Mərdəkanda validen himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş 2 saylı internat məktəbində dərs demişəm. Bu 2 həftə mənim yaddaşımdan heç vaxt silinməyəcək. Həm səsli, həm də yazılı şəkildə Təhsil Nazirliyinə müraciət etdim. Heç bir şikayətim araşdırılmadı. Ən əsası da mənim şikayətimi qəbul edən Təhsil Nazirliyinin işçisi hər şeydən xəbərdar idi. Şikayətimi dinləmək istəmədi. Nitqimi kəsib soruşdu ki, əlimdə maddi sübutun varmı. (video və ya səs yazısı)
Cavabım yox oldu. Mənə mədəni şəkildə qapını göstərdilər.

Öz gözümlə gördüklərimi sizinlə paylaşacam.

1. Müəllimlər (direktor, direktor köməkçisi daxil) toplu şəklində uşaqları təhqir edir, şəxsiyyətlərini alçaldırdılar.

2. Uşaqları divara çırpan, qapazlayan, qızların saçını yolan müəllimlər görmək adi hal idi.

3.Şagirdlərə ən yaxşı halda kitab yalnız 45 dəqiqə ərzində paylanılıb dərs sonunda yığılırdı - Buna etiraz edəndə direktor müavini mənə dedi ki, bu uşaqlar vəhşidir, kitabları versək, cıra bilərlər. Halbuki oxumaq istəyən uşaqlar var idi, amma yazıqların əllərinə kitabı verəndə o qədər minnət qoyurdularki, uşaqlar oxumaqdan soyuyurdu.

4. Sözdə məktəbin psixoloqu ,əslində olan -direktorun sürücüsü idi.

5. Sözdə məktəbdəki təmizliyə riayət etməli olan xanımlar ,əslində olan - direktorun evinə təmizliyə gedən xanımlar idi. Hər müəllim öz otağını özü təmizləməli idi.

6. Bu sözdə psixoloq, əməldə direktorun sürücüsü olan kəs tez-tez uşaqları dərsdən heç bir əsas olmadan çıxarıb fiziki iş görməyə aparırdı.( Dərsdən çıxarıb aparırdı! )

7. Direktor ona yaltaqlanmıram deyə hər fürsətdə məni alçaltmağa cəhd edirdi. (Öz səviyyəsizliyini nümayiş etdirirdi desək daha düzgün olar)
Qapını döymədən sinifə girib həm mənim, həm də şagirdlərimin üstünə qışqırırdı.
Səhərlər bütün işçilər direktorun hüzurundan keçib-ona və ailəsinə tərif və dualar yağdırıb sonra öz otaqlarına gedirdi.
Düz yol gedən bircə mən olduğuma görə məni yanına çağırıb
Qafqaz universitetində mənə tərbiyə verilmədiyini, mədəniyyətdən xəbərimin olmadığını dedi.
Sənədlərimi təhvil verəndə min cəhdlə mənə mane olmağa çalışdı. Hətta qırmızı diplomuma lağ belə elədi. Müəllimləri yanına çağırıb tapşırıq verdi ki bu qızı başa salın)
Müəllim kadrosu başıma toplanıb min cəhdlə məni imtina etməyə ikna etməyə çalışdı.
Gətirdikləri tək səbəb vardı. Burda qatil insanların uşaqları da var, burdakı uşaqlar vəhşidir və s. bla bla
Amma mən orda bir dənə də olsun vəhşi uşaq görmədim. Mən vəhşi direktor, vəhşi direktor müavini, vəhşi müəllimlər, vəhşi psixoloq gördüm...

8. Uşaqlara gələn keyfiyyətli qidalar satışa aparılırdı. Daşıma işini uşaqlar özləri görürdü. Pulu kimə çatırdı bilmirəm. Uşaqlarda bilmirdi.

9. Uşaqlar sabunla əllərini yumurdular. Mən görəndə sovet dövründən qalma şampun istifadə edirdilər. Uşaqlar sabun istəyəndə onlara köhnə şampun verən nəzarətçi dayıya şampun dayı ləqəbini taxmışdılar. "Şampun dayı" yayda rəhmətə getmişdi.

10. Uşaqlara qəhvəyi plastik stəkanda çay verilirdi. Nə qədər cəhd elədim. O stəkanda çay içə bilmədim.

11. Məktəbdə dərs keçən bir mən, bir də rus dili müəlliməsi idi. Digər heç bir müəllim mən orda olan müddətdə dərs keçmədi.

12. Uşaqlara ömürlərində fizika izah edilməmişdi. Fizika müəllimi direktor müavini idi. Uşaqlar deyirdiki bu adam öz dərsinə ildə iki dəfə girir -ilin əvvəlində və ilin sonunda...

13. Direktor məktəb məsələlərinə demək olar ki , qarışmırdı. Amma reklam xətrinə təşkil edilmiş şoularda əvvəldən-axıra iştirak edirdi. Bütün işlər direktor müavinin üstünə düşürdü. Bu adam əsl vəhşi canavar idi desəm yalan olmaz. 5 saat dərsimin hər saatını bir günə saldı. Yəni həftədə 5 günə. Üstəlik axırıncı saata saldı ki , ordan çıxıb işə çata bilməyim(yolum 2 saat idi). Özünün dediyi ki, təyyarə ilə uçsamda çata bilməyəcəkdim. Ona məktəbdə ilk ilimin olduğunu, bura çox həvəslə gəldiyimi, kirayə qaldığımı deyib niyə belə elədiyini soruşdum. Mənə
Bura Azərbaycandır
dedi.
Başqa heç nə soruşmayıb otaqdan çıxdım. Qapıda məni öyrədilmiş riyaziyyat müəlliməsi gözləyirdi. Dedi ki razı ol, hər ay direktor müavininə 50 manat verməyə, dərsini 2 günə saldırım. Amma heç kimin xəbəri olmasın. Məndə razılaşdım, səhəri gün direktor müavini yenə mənə Qarabağı satmış xain kimi baxanda dedim ki, narahat olmayın hər ay sizə 50 manat çatacaq. Əvvəlcədən pul istədi. Üstümdə yox idi deyə maaşımı alanda verməklə razılaşdıq. Beləliklə dərsimi 2 günə saldı. Təbii ki, ona rüşvət verməyi düşünmürdüm. Şikayətim etmək üçün direktorun otağına getdim. İşdə yox idi. 2 saat gözlədim. Gəlib çıxdı. Məni süzüb salamımı da almadan dəbdəbəli kabinetinə keçdi. Nə qədər gözlədim içəri çağırmadı. Vaxtım yox idi deyə durub işimə getdim.
5 saat dərsə görə məni hər gün dərsə çağıran direktor müavininin direktoru kefi istəyəndə gəlib, kefi istəyəndə də gedirdi.
Müəllimlərdən niyə belə hallara dözdüklərini soruşdum. Direktorun icra hakimi ilə çox yaxın olduğunu, yuxarılarda çoxlu dostlarının olduqlarını dedilər.

14. Kitabxanaçı xanım mənə dedi ki, sənin dərslərini direktor 500 manat alaraq keçən ilki kimya müəlliminə satıb. Sən gəldin deyə məcburi ona başqa iş verdilər. Mənə çatmırdı ki , necə olur aylıq maaşı 100 manat etməyən dərsi 500 manata sata bilir bu direktor. Sonra cədvəldə cismdə zühur etməyən qəribə-qəribə adlar görəndə hər şey mənə aydın oldu. Tərbiyə məqsədi ilə keçirilməli olan , adi orta məktəbdə keçirilməyən dərslər satılırdı bu yolla.

15. Məktəb tarixində 1 nəfər də olsun universitetə daxil ola bilməyib. Təhsil nazirliyinin vecinə də deyil...

16. Mən gördüyüm riyaziyyat müəlliməsi (direktor müavininin rüşvət işlərini düz - qoş etməkdə köməkçisi ) yetəri qədər savadlı deyildi. 9 sinifə dərs keçə bilməzdi məsələn. KSQ, BSQ suallarını edə bilməyib, kitabxanaçıdan kömək istəyirdi.

17.İnternətdə yerləşdirilən bütün şəkillər şou xətrinə çəkilirdi. Məsələn kimya laboratoriyasına uşaqları salanda hamısı şok yaşadı. Onların qabları qıracaqlarından qorxmadığıma görə. (Heç bir qabı qırmadılar)
Avadanlığa toxunanda məndən icazə alırdılar. İcazə verdiyimə görə də ayrı bir şoka düşürdülər )

18. Uşaqların içində seçilmişlər var idi. Bunlar tədbirlərdə, rəsmlərdə yer alan, səliqəli geyinən, mikrafon uzadanda ona öyrədilmiş mətni danışa bilən, ən asası direktor otağın qapısını belə döymədən içəri girib öz sinif yoldaşlarının üstünə qışqırmasına rəğmən onu Allah kimi tərflərlə boğdurmağı bacaranlar olurdu. Yəni ki reklam xətrinə çəkilmiş rəsmlər , mənəvi mahiyyətini itirmiş tədbirlər çox olurdu.

19. Məktəbin tək sözdə yaxşı tərəfi var idi -tədbirlərdə maddi sübut olsun deyə həqiqətən də incəsənət, musiqi dərsləri keçirilirdi. Amma yenə də məqsəd uşaqlarda qabiliyyət formalaşdırmaq yox, rəsmi qonaqlar olanda onları musiqi ilə əyləndirə bilmək olurdu.
Ardı çoxdu amma nə mənası var. Təhsil Nazirliyinə video və ya səs lazımdır...
Elinanın ölümündə günahı olan direktoru başa düşürəm. Bizim təhsil nazirliyinin yetirdiyi direktordu. Olar üçün əsas olan maddi sübütdur. İnsan həyatı nədi, insanlıq nədir? Ümumiyyətlə lazımdır insanlıq bizə?
5 il Qafqaz oxudum, bir müəllim başa salmadı ki, maddi sübüt çox vacibdir. İnsan həyatından daha vacib. Heyf. ..
Teref.az olaraq adları çəıkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az yazır ki,hazırda “Qafqazinfo”nun əməkdaşları ittihamlara cavab tapmaq üçün 2 saylı internat məktəbinə baş çəkib. Təhsil Nazirliyinin nümayəndəsi, De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin müdir müavini Həbib Kərimov da sözügedən məktəbdədir.

H. Kərimov qeyd edib ki, məsələ ilə bağlı komissiya yaradılıb: "Araşdırma başlanılıb. Nəticələrlə bağlı ictimaiyyətə məlumat veriləcək".

aia.az

Leyla Ucal



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024