Mobil versiya
İran ABŞ-ın hərbi donanmasına məxsus gəmiləri saxladı
Tarix: 13-01-2016 | Saat: 10:25
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər


Pentaqon gəmilər ilə əlaqəni itirib.

İran İslam Respublikası İran körfəzində ABŞ-ın Hərbi dəniz qüvvələrinə məxsus iki gəmisini saxlayıb, Associated Press məlumat yayıb.

Aia.az Lifenews-a istinadən xəbər verir ki, Pentaqon Küveytdən Bəhreynə gedən gəmilərlə əlaqəni itirib.

Qeyd olunur ki, Amerika gəmilərinin heyət üzvləri təlimlərdə iştirak edirlərmiş.

İlkin məlumatlara görə, onlar İran suları ərazisinə gəmilərdə yaranan nasazlıq səbəbindən düşüblər. Hərbi texnikanı İslam Respublikasının sahil mühafizəsi saxlayıb.

ABŞ-ın dövlət katibi Con Kerri artıq İranın rəsmi şəxsləri ilə telefon əlaqəsi yaradaraq dənizçiləri azad etməyə cəhd göstərib.

İran tərəfindən saxlanılan ABŞ HDQ gəmilərinin göyərtəsində 10 dənizçinin olduğu bildirilir.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Con Kerrini telefon söhbəti zamanı hərbi gəmilər ilə bağlı məsələnin tezliklə yoluna qoyulacağına əmin edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə