Mobil versiya
“AzTV yaxşı ənənələrini bərpa edir” - Ramiz Həsənoğlu
Tarix: 11-04-2019 | Saat: 18:03
Bölmə:Ölkə | çapa göndər

“AzTV yaxşı ənənələrini bərpa edir”




"Azərbaycantelefilm” yeni layihələrə start verir.


Telefilmin yeni təyin olunmuş direktoru rejissor Ramiz Həsənoğlunun BakuPost-a verdiyi açıqlamaya görə, Azərbaycan televiziyası yaxşı ənənələrini bərpa edir:

" Yeni ildə, Novruzda əvvəlki illərdə olduğu kimi, yeni tamaşa və verilişlərlə efiri təzələmək fikrindəyik. Elçin Əfəndiyevin "Gül dedi bülbülə” hekayəsinin televiziya tamaşasını hazırlamağı planlaşdırırıq. Məzəli hekayədir, Elçin müəllim ona bir az yeni il motivləri də qatacaq”.

Onu da deyək ki, bu tamaşa üzərində Ramiz Həsənoğlu ilə Şərif Qurbanəliyev birlikdə işləyəcəklər: "Çiyin-çiyinə görülən iş daha maraqlı və effektli olur”.

Şərif Qurbanəliyevin baş redaktor təyin edildiyi "Sabah” Yaradıcılıq studiyasında isə Dilsuzun "Mobil telefon” hekayəsi əsasında tamaşa hazırlanacaq.

Ramiz Həsənoğlu tamaşanın prodüsseridir: "Əsl bizim malımızdır, fantastik komediya janrında tamaşa olacaq”- deyir.

Hər iki tamaşada rol alacaq aktyorlar prodüsserin dediyinə görə, rejissorun ürəyindən, tamaşaçının qəlbindən keçən aktyorlar olacaq. Yəni Afaq xanım və Cahangir Novruzov kimi...

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024