Mobil versiya
Nazir Elinanın ölümü ilə bağlı direktoru İŞDƏN ÇIXARDI
Tarix: 11-04-2019 | Saat: 15:22
Bölmə:Manşet / Təhsil | çapa göndər

Nazir Elinanın ölümü ilə bağlı direktoru


Elina Hacıyevanın intihar etdiyi 162 nömrəli məktəbin direktoru Sevin Abbasova rəsmi olaraq işdən çıxarılıb. Bununla bağlı dünən Təhsil Nazirliyində keçirilən iclasda qərar qəbul edilib.

Təhsil naziri Ceyhun Bayramovun iştirakı ilə keçirilən iclasda qəbul edilən qərarın bu gün ictimaiyyətə açıqlanacağı gözlənilir.

Xatırladaq ki, Təhsil Nazirliyi aprelin 8-də də məktəb direktoru haqda məlumat yaymışdı.

Məlumatda bildirilirdi ki, orta məktəbdə baş vermiş hadisə ilə bağlı açılmış cinayət işi üzrə istintaq və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan xidməti araşdırma ilə əlaqədar yaranmış zərurəti nəzərə alaraq, hər iki istiqamət üzrə araşdırmanın tam obyektivliyini təmin etmək məqsədilə təhsil nazirinin 8 aprel 2019-cu il tarixli, K-388 saylı əmri ilə Abbasova Sevin Kamil qızı araşdırma müddətində işdən kənarlaşdırılıb.

Məktəbin direktoru vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun aparıcı məsləhətçisi İsgəndərov Əfqan Kərəm oğluna həvalə edilib.

Bildirək ki, Elina Hacıyeva təhsil aldığı məktəbdə intihar edib. Bir neçə gündür bu hadisə ölkə gündəmində böyük rezonans doğurub. (Musavat.com)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024