Mobil versiya
GDU İLƏ TÜRKİYƏ UNİVERSİTETLƏRİ ARASINDA İKİLİ DİPLOMALAR VƏ İNKLÜZİV TƏHSİL SAHƏSİNDƏ MÜZAKİRƏLƏR APARILIB
Tarix: 11-04-2019 | Saat: 15:16
Bölmə:Təhsil | çapa göndər

GDU İLƏ TÜRKİYƏ UNİVERSİTETLƏRİ ARASINDA İKİLİ DİPLOMALAR VƏ İNKLÜZİV TƏHSİL SAHƏSİNDƏ MÜZAKİRƏLƏR APARILIB




Aprelin 9-da Gəncə Dövlət Universitetinin (GDU) rektoru, professor Yusif Yusibov ölkəmizin Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova ilə görüşüb.

Rektor Yusif Yusibov görüşdə GDU-da həyata keçirilən islahatlar, infrastrukturun yenilənməsi, maddi-texniki bazanın müasirləşdirilməsi, idarəetmə sistemində beynəlxalq təcrübənin tətbiqi, təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsilin beynəlmiləlləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi barədə ətraflı məlumat verib.

Rektor qeyd edib ki, GDU beynəlxalq əlaqələrində Türkiyə universitetləri ilə əməkdaşlığa xüsusi önəm verir və bu münasibətləri gələcəkdə daha da genişləndirmək niyyətindədir.

Bu əlaqələrin ildən ilə inkişaf etdiyini deyən rektor Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə GDU-da qurulmuş Nuru Paşa adına kitabxananı əməkdaşlığın yüksək nəticəsi kimi dəyərləndirib.

Elm və innovasiyalar üzrə prorektor, Milli Məclisin deputatı Pərvin Kərimzadə hazırda universitetdə gənc alimlərin elmi araşdırmalarının beynəlxalq rəqabət qabiliyyətinin artırılması istiqamətində görülən işlərdən danışıb, GDU ilə Türkiyə universitetləri arasında Mövlanə Mübadilə Proqramı vasitəsilə həyata keçirilən elmi-akademik və tələbə mübadiləsinin vəziyyəti haqqında məlumat verib.

Ali təhsilin bir çox istiqamətlərinin inkişafı üzrə müzakirələrin aparıldığı görüşdə inklüziv təhsil sahəsində əməkdaşlıq, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin, həmçinin Türkiyə təcrübəsinin öyrənilib tətbiq edilməsi, ikili diplomlar, GDU-nun təhsildə fərqlənən tələbələrinin Türkiyədə pedaqoji təcrübə keçmələri və digər məsələlər müzakirə olunub.

Müzakirə zamanı GDU-nun qeyri pedaqoji ixtisaslarda, xüsusən Maliyyə ixtisası üzrə Tədris proqramının Türkiyənin Celal Bayar Universitetindəki müvafiq ixtisasla eyniləşdrilməsi, Türkiyə universitetlərindəki akademik heyətin GDU-da tədris prosesinə dəvət edilməsi, mübadilə prosesinə qoşulacaq azərbaycandilli tələbələrin türk dilində elmi akademik dil bacarıqlarının təkmilləşdirilməsinin həlli yolları barədə razılığa gəlinib.

Təhsil müşaviri Nəcibə Nəsibova son illər GDU-da həyata keçirilən islahatları diqqətlə izlədiyini və bu islahatları təqdir etdiyini bildirib. Türkiyədə müəllim peşəsinə marağın böyük olduğunu qeyd edən Nəcibə Nəsibova GDU-da təhsil alan türkiyəli tələbələrə göstərilən diqqət və qayğıya görə universitetin rəhbərliyinə təşəkkür edib. O, GDU-nun Türkiyə universitetləri ilə əlaqələrinin daha da genişləndirilməsinə dəstək verməyə hazır olduğunu vurğulayıb.

Sonda Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə Nəcibə Nəsibovanı universitetin 5-ci tədris binası, o cümlədən Nuru Paşa adına kitabxanası ilə ilə tanış edib.

aia.az








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024