Məktəb direktorlarının maaşları ilə bağlı qərara dəyişiklik edildi
Tarix: 11-04-2019 | Saat: 11:20
Bölmə:Manşet / Təhsil | çapa göndər
Baş nazir Novruz Məmmədov "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarına dəyişiklik edib.
aia.az xəbər verir ki, qərarın 4-cü hissəsi aşağıdakı redaksiyada dəyişdirilib:
"4. Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 28 fevral tarixli 68 nömrəli Qərarına 1 nömrəli əlavə - "Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli”nin 18-ci dərəcəsinə uyğun olaraq, direktor müavinlərinin aylıq vəzifə maaşı isə direktorun vəzifə maaşından 10 faiz aşağı müəyyən edilsin.”
2. Bu Qərar 2019-cu il martın 1-dən tətbiq edilir.
Beləliklə qərara görə, yuxarıda qeyd olunan direktorların aylıq vəzifə maaşı 587 manat müəyyən edilib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər