Mobil versiya
Soğan nə vaxt ucuzlaşacaq? - Vaxt açıqlandı
Tarix: 10-04-2019 | Saat: 12:56
Bölmə:Ölkə | çapa göndər

Soğan nə vaxt ucuzlaşacaq?


"Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə Azərbaycanda soğan istehsalı 233 min ton təşkil edib ki, bu da 2017-ci ildən 25 min 503 ton çoxdur. Müqayisə üçün qeyd edim ki,ölkədə 2013-cü ildə 158 min ton, 2016-cı ildə isə 178 min tona soğan tədarük olunub. Göründüyü kimi ötən 5 il ərzində soğan istehsalında artım müsbət olub”.

BakuPost xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

Onun sözlərinə görə, ötən il əvvəlki ilə nisbətən istehsal artsa da ixrac azalıb:"Yəni 2017-ci ildə ixrac 56 min 612 ton təşkil etdiyi halda bu göstərici 2018-ci ildə 40,6 min tona qədər azalıb. Deməli ötən il tədarük olunan soğanın daha çox hissəsi ölkədə qalıb. Əlavə olaraq onu da qeyd edim ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, ölkəyə 2018-ci ilin 3 rübündə 246,5 ton, 2017-ci ildə isə 2188 ton soğan idxal olunub. İstehlak balansını (anbar qalığını 0 götürməklə) qurmaq üçün istehsaldan ixracı çıxıb üzərinə idxalı gələk. Bu hesablama göstərir ki, 2018-ci ildə 192 min 646 ton 500 kq, 2017-ci ildə isə 153 min 073 ton soğan daxili istehlaka yönəlib. Bu isə o deməkdir ki, hər adama 2017-ci ildə 15,6 kq, 2018-ci ildə isə 19,4 kq soğan yeyilib və yaxud da 2018-ci ildə 2017-ci illə müqayisədə soğan istehlakı 40 min ton çox olub.

Ölkədə ötən il əvvəlki illə müqayisədə nədən soğanın çox yeyilməsinin izahatını vermək çətindir. Əslində rəsmi rəqəmlərin təhlili göstərir ki, ötən il soğana tələbatın artımı qiymətin bahalaşmasında əhəmiyyəti rol oynayıb”.

İqtisadçı bununla bağlı hökümətin gördüyü tənzimləmə tədbirlərindən də söz açıb:

"Soğanın idxalına 2016-cı ilin oktyabrından etibarən hər 1 kiloqram soğanın idxalına tətbiq edilən köhnə rüsumun ləğvi, eləcə də hər 1 kq soğanın ixracına 2019-cu iln aprelin 1-dən mayın 31-dək tətbiq edilən yeni rüsumun tətbiqinə dair Nazirlər Kabinetinin müvafiq qərarları ən azı 3 ay gecikmiş hesab olunmalıdır. Çünki, bu ilin ilk 2 ayında Azərbaycanda 7 min 300 ton soğan ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6100 ton çoxdur. Əslində ixraca rüsumun tətbiqi ilə bağlı qərarın yanvarın 1-dən verilməsi ölkədən ən azı 7 min ton soğanın ixracının qarşısını ala bilərdi və təbii ki, bu da qiymətlərin tarazlaşmasında əhəmiyyətli rol oynaya bilərdi. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda istehlakı bazarını tənzimləmək üçün zərur olan qərarlar bir çox hallarda ya verilmir və ya da vaxtında verilmədiyindən onun səmərəsi olmur. Bu halda isə Nazirlər Kabinetinin 5 aprel tarixli qərarının soğanın qiymətinin sabitləşməsində təsiri çox az olacaq. Qiymət bahalaşması mövsümi soğan satışa çıxarılanadək davam edəcək. Odur ki, gözləmək lazımdır ki, təzə soğan satışa çıxsın”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024