Mobil versiya
Bakıda iş adamları üçün qapalı özəl klub açılıb
Tarix: 11-01-2016 | Saat: 17:15
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər



Bakıda iş adamları üçün klassik tipli yeni qapalı özəl klub fəaliyyətə başlayıb.

Aia.az məlumatına görə, "Caspian Business Club” adlanan klub regionda və Xəzəryanı ölkələr arasında ilk və yeganə klubdur. "Caspian Business Club” – bütün dünyadan olan şirkətləri, təşkilatları və fiziki şəxsləri Avropa ilə Asiya arasında qədimdən ticarətin kəsişdiyi yer olan bir ölkədə - Azərbaycanda birləşdirən biznes cəmiyyətidir.

"Caspian Business Club” klassik tipli özəl qapalı klubdur və klubun əsas məqsədləri Azərbaycanın və onun iş adamlarının xarici ticarəti sosial, milli-mədəni və digər maraqlarını irəli çəkməkdir. Dünyanın müxtəlif guşələrindən olan şirkətlər arasında elmi-texnoloji və ticarət əlaqələrinin inkişafının təşviqi, həmçinin bu əlaqələrin birgə müasir sənaye, maliyyə və ticarət infrastrukturunun formalaşdırılmasıdır.

Klubun əsas fəaliyyət və məqsədləri yerli və xarici müəssisələrin yeni biznes əlaqələrinin qurulmasına müstəsna rol oynamaq, effektiv kommunikasiya sisteminin yaradılması, klub üzvləri arasında onların birgə əməkdaşlığı və birgə dəstəyin olması üçün əlaqələrin yaradılması, tematik seminarlar, treninq, qapalı tədbirlər, sərgilər, işgüzar görüşlərin və s. kimi müxtəlif formatlı mərasimlərin təşkilindən ibarətdir.
Həmçinin, "Caspian Business Club” müxtəlif ölkə və şəhərlərdə tədbirlər təşkil edir, iqtisadiyyatın müxtəlif sahələrini və ayrı-ayrı müəssisələrin perspektiv və imkanlarının araşdırmasını təşkil edən məlumat strukturu yaradır.

"Caspian Business Club” həmçinin klub üzvlərinə təcrübə baxımından informasiya dəstəyi, klub üzvlərinin şəxsi yazışması üçün hüquqi ünvanların verilməsini, yalnız klub üzvlərinin ziyarət edə biləcəyi rahat otaqların təmin edilməsini təklif edir.

Bundan başqa, klubun məqsədi klub üzvlərinə pulsuz hüquqi məsləhət, klub üzvlərinin maraqlarının müdafiə edilməsi məqsədi ilə dövlət qurumları ilə işləməsini, xaricə işgüzar səfərlərin təşkilinə yardımın edilməsi, həmçinin xarici nümayəndə heyətinin qəbulu, əməkdaşlıq üçün yeni firmaların axtarılması və öyrənilməsi, kütləvi informasiya vasitələri ilə işin təşkilindən ibarətdir.

Hər yeni şirkətin və ya fiziki şəxsin kluba üzv olmasından sonra, klub üzvlərinə özünün məlumat bazasında yeni üzv haqqında məlumat daxil edir. Bu məlumat bazasına hazırda Azərbaycan, Gürcüstan, Rusiya, Koreya, Belarus, Türkiyə, Qazaxıstan, Almaniya, İran, Çin və digər ölkələrdən olan 300-dən artıq şirkəti özündə birləşdirir. Buna məqsəd bu şirkətlərin fəaliyyətinin və istehsal etdikləri məhsulları tanıtmaqdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə