Mobil versiya
Şəki – təhsil müəssisələrində yeni tədris metodikalarının tətbiqi uğurla davam etdirilir
Tarix: 10-04-2019 | Saat: 11:26
Bölmə:Manşet / Təhsil | çapa göndər

Şəki – təhsil müəssisələrində yeni tədris metodikalarının tətbiqi uğurla davam etdirilir



Rayonda peşəkar pedaqoji kadrların ciddi səyləri nəticəsində bu sahədə nəzərə çarpacaq inkişafa nail olunmuşdur

Bu gün Azərbaycanda inkişafı dövlət tərəfindən prioritet istiqamət kimi müəyyənləşdirilimiş önəmli sahələrdən biri də ölkənin təhsil sistemidir. Məhz bu sahənin inkişafına göstərilən dövlət qayğısı, qarşıya qoyulan məqsədlərə çatmaq üçün ayrılan maliyyə vəsaitlərinin həcmi, həyata keçirilən irimiqyaslı layihələrin səmərəlilik dərəcəsi və digər bu kimi göstəricilər xüsusilə son bir neçə ildə proporsional qaydada yüksəlməkdədir. Qeyd olunmalıdır ki, hazırda ölkənin təhsil sisteminin ümumi inkişafını təmin etmək üçün bu sahədə müəyyən edilmiş dövlət strategiyası paytaxt Bakı ilə yanaşı dsigər rayon və bölgələrimizdə də uğurla həyata keçirilməkdədir. Təhsil sahəsində kifayət qədər yüksək göstəricilərin əldə olunduğu, dinamik inkişafın müşahidə edildiyi rayonlarımızdan biri də Şəki rayonudur.




Təhsil şöbəsinin fəaliyyəti düzgün istiqamətə yönləndirilib

Bu gün Şəki təhsilinin inkişafından və əldə olunan uğurlardan danışarkən Şəki Şəhər Təhsil Şöbəsinin effektiv fəaliyyəti də xüsusilə qeyd olunmalıdır. Rayon ictimaiyyətinin ümumi rəyinə görə, təhsil şöbəsinin müdiri Südabər İsmayılova dövlətimizin Təhsil strategiyasının uğurla həyata keçirilməsi baxımından rəhbərlik etdiyi qurumun fəaliyyətini tamamilə düzgün formada təşkil edib. Qeyd edək ki, Südabər İsmayılova 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub, I dərəcəli dövlət qulluqçusudur.



Vacib məqamlardan biri də budur ki, Südabər xanım təhsil sahəsində kifayət qədər təcrübəyə və elmi biliklərə sahib olan peşəkar kadrlardandır və rayonun təhsil sisteminin içərisində illər boyunca çalışmış, burada formalaşmış və bu səbəbdən də bütün müsbət və mənfi cəhətləri bilən, mövcud problemlərə və daxili potensiala yaxından bələd olan mütəxəssisdir. Bütün bu cəhətlər isə, Südabər İsmayılovanın rəhbərlik etdiyi qurumun fəaliyyətini rayonun təhsil sisteminin inkişafı məqsədilə dövlət tərəfindən qarşıya qoyulmuş vəzifələrin səmərəli icrası istiqamətində düzgün yönləndirməsində mühüm rol oynayır.

Bununla belə etiraf olunmalıdır ki, birbaşa dövlət dəstəyi olmadan, necə deyərlər, sadəcə təşəbbüskarlıq üzərindən yüksək nəticələr əldə etmək mümkün deyil. Bu gün milli təhsilimizə məhz dövlət qayğısının nəticəsidir ki, son illərdə Azərbaycanda təhsil sektorunun maliyyələşdirilməsi dinamik xətt üzrə inkişaf etmiş, təhsilə ayrılan büdcə vəsaiti xeyli dərəcədə artmışdır.

Dövlət qayğısı dinamik inkişafı təmin edən əsas amildir



Artıq dəfələrlə qeyd olunduğu kimi, ölkəmizdə təhsil sahəsinin inkişafı Azərbaycan dövlətinin prioritet olaraq müəyyənləşdirdiyi əsas istiqamətlərdən biridir. İnkişaf proqramının reallaşdırılması nəticəsində, bu gün bütün ölkə ərazisində yeni məktəblər tikilir, mövcud məktəblər bərpa və əsaslı təmir olunur, müasir avadanlıqlarla təchiz edilir, komputerləşdirilir. O cümlədən, hazırda Şəki rayonunda təhsil sahəsinin daha da inkişaf etdirilməsi məqsədilə irimiqyaslı dövlət tədbirləri həyata keçirilir. Bu gün iqtisadiyyatımızın dinamik inkişafı ölkənin təhsil sisteminin də inkişaf etdirilərək ən yüksək dünya standartları səviyyəsinə çıxarılması üçün geniş imkanlar yaratmışdır. Sevindirici haldır ki, ölkə təhsilinin ümumi inkişafını təmin etmək üçün bu sahədə müəyyən edilmiş dövlət strategiyası hazırda rayon və bölgələrimizdə də uğurla həyata keçirilməkdədir. Qeyd etmək lazımdır ki, son illər ərzində digər bölgələrdə olduğu kimi, Şəki rayonunda da birbaşa dövlət başçısının göstərişi ilə çox sayda məktəb binaları əsaslı təmir olunub, yeniləri tikilərək istifadəyə verilib. Xüsusilə Şəkidə yeni məktəb binalarının tikintisi və təmiri geniş vüsət alıb. Son bir neçə ildə rayonda 30 yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub. Yeni inşa edilən 624 şagird yerlik Baş Zəyzid kənd tam orta məktəbi cari dərs ilinin əvvəlində şagirdlərin istifadəsinə verilib. Həmçinin rayonun müxtəlif ərazilərində bu il daha 5 modul tipli məktəb də istifadəyə verilib.

Uğur və nailiyyətlər durmadan artır

Ötən ilin sentyabr ayının 7-də keçirilmiş Şəki rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransında təqdim olunan məlumatlardan da bu qənaətə gəlmək olur ki, dövlət tərəfindən göstərilən bu diqqət və qayğının müqabilində rayonun həm pedaqoji, həm də şagird kollektivləri öz növbələrində yüksək göstəricilərə nail olmaq üçün bütün potensiallarını səfərbər etmişlər. Bir tərəfdən reallaşdırılan dövlət proqramlarının uğurlu icrası, digər tərəfdən də yerli peşəkar pedaqoji kadrların səyləri nəticəsində ötən tədris ilində rayonun təhsil sahəsində uğurlu nəticələr əldə olunmuşdur. 2017-2018-ci tədris ilinin yekunları olaraq rayonun məktəblərində oxuyan 24 min 730 şagirdin 23 faizi dərs ilini əla qiymətlərlə başa vurub. Dərs ilinin yekunlarına görə, 1733 şagird tam orta təhsil, 2008 şagird isə ümumi orta təhsil haqqında attestat alıb.



2017-2018-ci dərs ilində rayonda təmayül siniflərin şəbəkəsi daha da genişləndirilib. Belə ki, Şəkinin təmayülləşmə tətbiq edilən 24 ümumtəhsil məktəbində X siniflər üzrə 8 təmayül və 28 kombinə olunan təmayül siniflər, XI siniflər üzrə isə 3 təmayül sinif fəaliyyət göstərib.

Həmçinin təqdim olunan məlumatlara görə, ötən dərs ilində Şəkinin ümumtəhsil məktəblərini bitirmiş 1733 məzundan 1279 nəfəri ali məktəblərə daxil olmaq üçün sənəd verib, onlardan 888 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 215 nəfəri 500-dən, 81 nəfər isə 600 baldan yuxarı nəticə göstərib. Ali məktəblərə qəbul olunanlar arasında rayonda fəaliyyət göstərən 72 tam orta məktəbin hamısının təmsilçiləri var.

Birmənalı olaraq demək lazımdır ki, 2017-2018-ci tədris ili Şəki rayonunda təlim-tərbiyə prosesinin təşkili, tədrisin keyfiyyətinin artırılması, buraxılış və ali məktəbə qəbul olma göstəricilərinin müsbət şəkildə dəyişməsi, şagirdlərin müxtəlif intellektual müsabiqələrdə, idman yarışlarında, fənn olimpiadalarında, fənn müsabiqələrində uğurlu nəticələr əldə etməsi ilə əlamətdar olmuşdur.

aia.az

Abbas Abbasov
Elbrus Bağırov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024