Mobil versiya
Yaxın Şərqin turizm nümayəndələri Azərbaycana səfər edəcək
Tarix: 09-04-2019 | Saat: 12:49
Bölmə:Gündəm | çapa göndər

Yaxın Şərqin turizm nümayəndələri Azərbaycana səfər edəcək


Azərbaycanın Yaxın Şərq regionunda turizm potensialının tanıdılması və qarşılıqlı turizm əlaqələrinin genişləndirilməsi məqsədilə 9-12 apreldə Səudiyyə Ərəbistanından, 14-18 apreldə isə BƏƏ-dən mədəniyyət və istirahət turizmi üzrə ixtisaslaşmış şirkətlərin nümayəndələri ölkəmizə səfər edəcəklər.

Azərbaycan Dövlət Turizm Agentliyindən aia.az-a verilən məlumata görə, Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə baş tutacaq tanışlıq səfəri çərçivəsində Səudiyyə Ərəbistandan ümumilikdə 10, BƏƏ-dən 14 xarici şirkət iştirak edəcək. Səfərlər zamanı yerli turizm şirkətləri ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə tanışlıq görüşü təşkil olunacaq.

Tədbirlərdə Azərbaycanın turizm potensialı haqqında geniş təqdimatlar keçiriləcək.

Qeyd edək ki, 2018-ci ilin sonundan etibarən Səudiyyə Ərəbistanın Ər-Riyad, BƏƏ-nin Dubay şəhərlərində ölkəmizin rəsmi turizm nümayəndəlikləri fəaliyyət göstərir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024