Mobil versiya
Beynəlxalq Pediatriya Dərnəyinin başqanı ATU-nun qonağı olub - FOTOLAR
Tarix: 05-04-2019 | Saat: 17:58
Bölmə:Təhsil | çapa göndər

Beynəlxalq Pediatriya Dərnəyinin başqanı ATU-nun qonağı olub




Beynəlxalq Pediatriya Dərnəyinin (İPA) başqanı Professor Dr. Enver Hasanoğlu Azərbaycan Tibb Universitetinin qonağı olub və rektor Gəray Gəraybəyli ilə görüşüb.

Professor Enver Hasanoğlu Beynəlxalq Pediatriya Dərnəyinin başçısı qismində Azərbaycan Tibb Universiteti ilə birgə müştərək layihələr icra etmək arzusunda olduğunu bildirib. O, indiyədək dəfələrlə Azərbaycanda olduğunu, bundan sonra da Tibb Universiteti ilə əlaqələri gücləndirmək niyyətini vurğulayıb. Professor Hasanoğlu qardaş ölkədə doğma olan insanlarla birgə işlərin yenilənməyə ehtiyac olduğunu vurğuladı.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli qonağa Azərbaycanda pediatriya sahəsindəki vəziyyət, Tibb Universitetində bu istiqamətdə tədris işlərindən danışdı. Rektor ATU ilə Beynəlxalq Pediatriya Dərnəyi arasında əlaqələrin gücləndirilməsinin vacib oldğunu bildirərək birgə layihələrin icrasına dair fikirlərini açıqladı.

Görüşdə ATU-nun elmi işləri üzrə prorektoru dosent Rauf Bəylərov, ATU-nun rezidentura şöbəsinin dekan müavini Nigar Sədiyeva da iştirak ediblər.

Görüşdə Beynəlxalq Pediatriya Dərnəyinin bu ilin sentyabrında Bakıda böyük bir konqres təşkil etməsi ilə bağlı müzakirələr aparıldı. Bu məqsədlə qarşılıqlı əlaqələrin daha da intensivləşdirilməsinə dair razılıq əldə olundu.

aia.az






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024