Mobil versiya
Eldar Əzizovun töhmət verdiyi məmur işdən çıxarıldı
Tarix: 04-04-2019 | Saat: 15:18
Bölmə:Karusel / Ölkə | çapa göndər

Eldar Əzizovun töhmət verdiyi məmur işdən çıxarıldı


Bakı Şəhər İcra Hakmiyyətinin başçısı Eldar Əzizovun töhmət verdiyi icra nümayəndəsi işdən çıxarılıb.

Bakı meriyasında keçirilən müşavirədən sonra Suraxanı rayonu İcra Hakimiyyətində qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin, təsərrüfat və digər xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə rayonun sanitar təmizliyinin vəziyyətinə həsr olunmuş xüsusi iclas keçirilib.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ərazilərin sanitar-təmizliyinin qənaətbəxş olmadığı üçün Zığ RİHB-nin Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Səfa İmanovu tutduğu vəzifədən azad edib. Onun yerinə isə onun müavini Əlbaratov Polad təyin edilib.

Suraxanı Rayon İcra Hakmiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Bərxudar Bərxudarov xəbəri təsdiqləyib. (unikal)


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5236 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-06-2020
31-05-2020
{sape_links}{sape_article}