Mobil versiya
"O səs Türkiyə"də azərbaycanlıların gecəsi - videolar
Tarix: 11-01-2016 | Saat: 10:53
Bölmə:Dünya / Seçilənlər-3 / Aia TV / Karusel | çapa göndər



"O səs Türkiyə"də ikinci turun seçimləri davam edir.

Aia.az-ın məlumatına görə, Murad Bozun komandasında yarışan azərbaycanlı ifaçı Ruslan İqnatenko (Alishan) növbəti mərhələ üçün Beyonsun repertuarından "Listen" mahnısını ifa edib. Həmyerlimiz qalib gələrək "duellər" mərhələsinə adlayıb.

Daha sonra Ebru Gündeşin komandasında olan digər həmyerlimiz Mərdan Kazımov səhnəyə çıxıb. O, əfsanəvi Rey Çarlzın "Hit the road Jack" mahnısını səsləndirib. O, da növbəti mərhələyə keçib.

İlk turda Gökhan və Hakan Özoğuzları seçən azərbaycanlı rep qrupu "Nəğd Pul" da tamaşaçı qarşısına çıxaraq performanslarını göstəriblər. Onlar komanda rəhbərləri olan "Athena" qrupunun mahnısı üzərində öz replərini deyiblər. Özoğuzlar sonda həmyerlilərimizi seçiblər. Tamaşaçıların xahişi ilə "Nəğd pul" eyni mahnını bir daha oxuyub.
[media=https://youtu.be/XqSTpPR3kPI]
[media=https://youtu.be/7hnJPEr_5vU]
[media=https://youtu.be/K3p9h0V2aa8]



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024