Bakı-Sumqayıt sürətli sərnişin qatarının yeni stansiyası açılacaq
Tarix: 03-04-2019 | Saat: 13:14
Bölmə:Ölkə | çapa göndər
Bakı-Sumqayıt sürətli sərnişin qatarının yeni stansiyası açılacaq.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın ONA-ya verdiyi məlumata görə, Prezident İlham Əliyev 2018-ci ilin mart ayında “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, Abşeron yarımadasında mövcud dəmir yolu xətlərinin yenidən qurulması və dəmir yolu şəbəkəsinin təkmilləşdirilməsi, mövcud dəmir yolu xətlərinin reabilitasiyası və bərpası, elektrik təchizatı, rabitə və işarəvermə şəbəkəsinin əsaslı təmiri, yol kənarlarının mühafizə çəpəri ilə bağlanması, bəzi dəmir yolu keçidlərinin müxtəlif səviyyəli keçidlərlə əvəzlənməsi, stansiya binalarının yenidən qurulmasına başlanıb.
Nərimanov dəmir yol stansiyasında da yenidənqurma və əsaslı təmir işləri aparılıb. Stansiyanın yaxın zamanda istismara verilməsi planlaşdırılır.
Qeyd edək ki, Nərimanov stansiyası Bakı-Sumqayıt dəmir yolu xəttinə daxildir. Dairəvi yolda 14 stansiya olacaq. İlin ortasına yaxın ikinci xətdən Koroğlu stansiyasından keçməklə Bakıxanov, Sabunçu, Zabrat 1, Zabrat 2, Məhəmmədli, Fatmayi, Novxanı stansiyalarının açılışı nəzərdə tutulur. Bununla da, bu ərazilərdə yaşayan 30 minə yaxın sakin elektrik qatarlarının xidmətindən istifadə edə biləcək. Bu yolda 7 cüt qatar işləyəcək.
Gələcəkdə Bakı-Sumqayıt sürətli sərnişin qatarının Nərimanov stansiyasında da dayanması planlaşdırılır.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2024
16-11-2024