Mobil versiya
“İnsanın Başlanğıc Nöqtəsi” fərdi layihəsinin icrası başa çatıb
Tarix: 17-03-2019 | Saat: 18:46
Bölmə:Ölkə | çapa göndər

“İnsanın Başlanğıc Nöqtəsi” fərdi layihəsinin icrası başa çatıb



Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə XI qrant müsabiqəsinin qalibi Nuray Kərimovanın "İnsanın Başlanğıc Nöqtəsi” fərdi layihəsinin icrası başa çatıb.

"İnsanın Başlanğıc Nöqtəsi” layihəsinin əsas məqsədi rəssamlıqla məşğul olan, bu sənəti dərindən öyrənmək istəyən yaradıcı gənclərə rəssamlığın ən vacib forması olan insan formasını lap başlanğıcından sonuna kimi yəni, sıfırdan öyrətməkdir. Hər bir sənətkar bütün yaradıcılıq yolu boyunca ən çox insan fiqurundan istifadə edir ve dayanmadan bu fiqurdan ibarət kompozisiyalara müraciət edəcəkdir. Burda isə əsas nüans insanın quruluşu, ölçü nisbəti və forma plastikasını düzgün şəkildə öyrənməkdən ibarətdir.

Layihə Binəqədi rayon Gənclər Evində baş tutub. 2 gün davam edən təlimdə və 1 gün baş tutan sərgidə layihə iştirakçıları insanın quruluşu, ölçü nisbəti və forma plastikası haqqında geniş məlumat məlumat əldə ediblər.

Layihənin 1-ci günündə təlimçi Toğrul Ağayev insanın bəşəriyyətin ən mükəmməl quruluşa malik canlısı olması haqqında fikirlərini səsləndirib. O qeyd edib ki, insan amili istər bədən və üzün ölçü nisbəti, istər daim hərəkətdə olan forması, istərsə də gözəl quruluşu ilə daim rəssamlar ve şairlərin ilham mənbəyi, əsərlərinin ilkin mövzusu, siması olub. Toğrul Ağayev insan anatomiyası haqqında danışarkən bildirib ki, hər bir rəssamın bunu bilməsi əsas amillərdəndir.

Layihənin 2-ci günündə insan anatomiyasında sümüklərin formaları, quruluşundan başlayıb, onların necə birləşdiyi ve necə forma əmələ gətirməsi haqqında danışılıb. Təlimçi Toğrul Ağayev əzələ və onların formalarının öyrənilməsinin də vacib olduğunu vurğulayıb. Həmçinin insan bədəninin ölçü nisbətini mükəmməl qavramağın da rəssamlıqda vacib olması haqqında danışıb. Layihə iştirakçılarılarına bildirilib ki, bunları öyrənən, mənimsəyən hər bir rəssam və ya heykəltaraş üçün insan portreti, insan formaları, insan təsvirləri çəkmək və insan fiquru (heykəlləri) yaratmaq asanlaşır və bir növ vərdişə çevrilir.

Layihə çərçivəsində sərgi baş tutub.Layihəiştirakçıları çəkdikləri rəsmlər və əl işlərini sərgi zamanı təqdim ediblər. Tədbirin sonunda layihə iştirakçılarına sertifikatlar təqdim edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə