Mobil versiya
DİN-in cərimə sistemi çökdü
Tarix: 11-01-2016 | Saat: 09:33
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər


Yanvarın 10-da cərimələr və cərimə balları barədə məlumatları özündə saxlayan serverdə xəta baş verib.

Aia.az Avtosfer.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin saytında cərimə və balı yoxlamaq istədikdə nəticə əvəzinə bu xəbərdarlıq yazılır: «Profilaktik tədbirlərlə əlaqədar hal-hazırda server müvəqqəti olaraq işləmir. Xahiş edirik, bir az sonra bir daha cəhd edəsiniz" (http://mia.gov.az/?/az/driverlicense/).
Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət Ödəniş Portalından da cərimələrə baxmaq mümkün deyil: "Daxili İşlər Nazirliyi ilə informasiya mübadiləsində xəta baş vermişdir. Təşkilatın servisi qeyri-aktivdir».
Həmçinin Asan Ödəniş Portalında da cərimə balları olan bölmə işləmir: "Xəta 1100: Xəta baş verdi".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə